16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür
Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq, dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır. Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Bizim üçün qəbuledilməz olan, başqası üçün dəyər ola bilər. Bizim üçün dəyər olan başqası üçün cəhalət sayıla bilər. Tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığıdır. Dözümsüzlük göstərmədən qarşısındakını olduğu kimi qəbul etmək prinsipidir. Tolerantlıq qarşı tərəfin konsepsiyasını anlamağı bacarmaqdır. Dözümlülükdə doqmatizmə yol vermək yolverilməzdir. Tolerantlıq din və vicdan azadlığıdır.
Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük ölkə cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu Respublikamızın Konstitusiyasında da əksini tapıb.
Torelantlıq Oğuz rayonunda da yüksək səviyyədə özünü göstərməkdədir. Rayonda Azərbaycanlılarla yanaşı müxtəlif xalqların (ləzgi, udi, gürcü, yəhudi, rus və s. ) və dinlərin nümayəndələri uzun illər ərzində əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetiri