"15 iyun Milli Qurtuluş Günü" ilə əlaqədar tədbir
İyunun 12-də Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseydə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev,məktəb-liseyin direktoru Elxan Bilalov,müəllim və şagird kollektivi iştirak etmişdir.
Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin direktoru Elxan Bilalov,məktəb-liseyin tarix müəllimləri Mətanət Kərimova və Aygül Ulu Öndərin həyat və yaradıcılığından, keçdiyi ömür yolundan söhbət açdılar və qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim hörmətlə yad ediləcək, xalqımız onu heç zaman unutmayacaqdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.