Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Oğuz rayonunda seçicilərlə görüş keçirib
Oğuz rayonunda 06 sentyabr 2016-cı il tarixdə “Yeni Azərbaycan”” referendum üzrə təşviqat qrupu Qumlaq kənd seçiciləri görüş keçirib. “Həmrəy olaq, hə deyək!”” devizi ilə keçirilən tədbiri açıq elan edən YAP-ın Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında məlumat verərək ümumxalq səsverməsinə çıxarılacaq Konstitusiyamıza əlavə və dəyişikliklər haqqında fikirlərini bildirib.
“Yeni Azərbaycan”” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxış edərək Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr vərəcəyini bildirib və Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu vurğulayıb.
,,Yeni Azərbacan” təviqat qrupunun Oğuz rayon şöbəsi üzrə qərargah üzvü Seyidməmməd Quliyev cıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesindəki geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı və gündən-günə çiçəklənməsindən bəhs edib və konstitusiyaya əlavə və dəyişikliklərin günün tələbi olduğunu bildirərək son illər regionlarda, o, cümlədən Oğuz rayonunda görülən işlərdən və inkişafdan söz açıb.
Sonda YAP Oğuz RT-nın sədri Saleh Məhərrəmov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər əlaqədar hər kəsi seçkilərdə fəal olmağa və Seçki günü hər kəs öz seçki hüququndan istifadə edərək Azərbaycanın inkişafı naminə səs verməyə çağırıb.