Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Məzunlarla görüş

06 sentyabr 2016 | 16:00

    05 sentyabr 2016-cı il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzində 2016-cı cı ildə orta məktəbləri bitirərək ali məktəblərə qəbul olunmuş məzunlarla rayon rəhbərliyinin və ictimaiyyətinin nümayəndələrinin görüşü keçirilmişdir.
   Tədbirdə  Oğuz Rayon İcra Hakimiyətinin başçısı cənab E.D.Qurbanov, Azərbaycan Respublikasısı Milli Məclisisinin deputatı, parlamentin Ailə,Qadın və Uşaq problemləri Komitəsinin sədri Aqiyə xanım Naxşıvanlı, Oğuz Rayon İcra hakimiyyətinin məsul işçiləri, inzibati orqanların rəbbərləri, rayonun ələqədar idarə, müəssisə, təşkilat rəhbərləri, Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Ərazi inzibati dairələri üzrə nümayəndələri, bələdiyyə orqanlarının rəhbərləri də iştirak etmişlər.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 N-li Ərazi Maliyyələşmə və Hesablaşma Mərkəzinin rəisi cənab İlqar Mahmudov da tədbirdə iştirak etmişdir.
   Tədbirin əvvəlində ümumtəhsil məktəblərini 2016-cı ildə birirərək ali məktəblərə qəbul imtahanlarında 600-700 ballıq nəticə göstərən məzunlara həsr edilən video çarx nümayış etdirilmişdır. “2016- cı ildə ali məktəblərə qəbul imtahanlarının nəticələri” haqqında Oğuz Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov məruzə ilə çıxış etmişdir.
639 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyaşının politologiya fakültəsinə qəbul olunmuş, orta təhsil pilləsini qizıl medalla başa vurmuş, Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində keçirilən Uşaq festifalının iştirakçısı, fənn olimpiadalarının respublika mərhələsində tarix fənni üzrə I yerə çıxaraq qızıl medala layiq görülmüş Xaçmazqışlaq kənd tam orta məktəbinin məzunu Mahir Məmmədzadə çıxış etmişdir. Daha sonra 613 ballıq nəticə ilə Azərbaycan Dillər İnstitutunun İngilis dili fakultəsinə qəbul olunmuş, Oğuz şəhər 3№-li məktəb-liseyin məzunu Nubar İslamova ürək sözlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.
   Muxas kənd tam orta məktəbin məzunu,675 ballıq nəticə ilə Azərbarbaycan Respublikası Prezidenti yanında Dövıət İdarəçilik Akademiyasına qəbul edilmiş Rahib Sonverdiyevin valideyni Sahib Sonverdiyev tədbirdə etdiyi çıxıçında təlim-tərbiyə prosesinin yüksəldilməsi ilə əlaqədar məktəbdə görülən işlərdən, işlədiyi təhsil müəssisəsində hər bir şagirdin dövlət qayğısı ilə əhatə olunmasından, məktəbin məzunlarının qazandıği nailiyyətlərdən bəhs etdi.
Azərbaycan Respublikası Milli Məçlisinin Ailə,Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri, millət vəkili Aqiyə xanım Naxçıvanlı tədbirdəki çıxışında Oğuz təhsilinin şanlı ənənələrindən, təlim-tərbiyə saəsində qazanılan nailiyyətlərdən, təhsilin maddı-texnili bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər üzərində dayandı.
    Tədbiri Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab E.D.Qurbanov yekunlaşdırmiş, çıxışında təhsil sahəsində Oğuz rayonunda aparılan islahatlardan, təlim-tərbiyə prosesinin keyfiyyətinin daha da yaxşılaşdırılması,şərəfli müəllilmlik peşəsindən, təhsilin maddı-texniki bazasının daha da möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən danışdı.
Ən yüksək nəticələr əldə etmiş 15 nəfər məzuna Oğuz Rayon İcra Hakimiyyətin başçısı cənab E.D.Qurbanov və millət vəkili Aqiyə xanım Naxçıvanlı tərəfindən pul mükafatları, nooutbuklar, planşetlər və kitab dəstləri verilmişdir.
Tədbirin sonunda məzunlarla rayon rəhbərliyinin xatirə şəkili çəkilmişdir.

Keçidlər