Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Tolerantlıq və İslamafobiya”

07 iyun 2016 | 16:00

07 iyun 2016-cı il tarixində Oğuz rayonunda   “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlıq və İslamafobiya” adlı layihəyə ilə bağlı növbəti tədbirini keçirdi.
Tədbiri birliin sədri Elçin Manafov  giriş sözü ilə açaraq iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib.
O bildirdi ki, Avropada islamafobiya meyllərinin baş qardırdığı, Yaxın Şərqdə məzhəblərarası qarşıdurmanın çoxaldığı vaxtda, ölkəmizdə milli və dini tolerantlığın inkişaf etməsi sevindirici haldır. Bu ilin də multikulturalizm ili elan edilməsi də, bu baxımdan heç də təsadüfi deyil. Bugün ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri mehriban, sərbəst şəkildə yaşayırlar. Ölkədə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. 743-cü ildə tikilmiş Şamaxı məscidi keçən il ölkə başçısı tərəfindən əsaslı təmir və bərpa edilərək xalqın istifadəsinə verildi. Əgər müstəqillikdən əvvəl ölkədə 300-ə yaxın məscid var idisə, bugün 3366 məscid var. Bütün bunlar ölkədə hökm sürən tolerantlığın bariz nümunəsidir. .
Daha sonra ilahiyyatçı ekspert Müşfiq Nəcəfov iştirakçılara: Tolerantlıq nədir?,  İslamafobiya nədir? Dövlət-din münasibətlərində vətəndaşların rolu nədən ibarətdir? Kimi mövzularda çıxışlar elədi.
Tədbirdə RİH-nümayəndələri, rayon ziyalıları, dini icma nümayəndələri və gənclər iştirak edirdi.
Tədbir diskussiya və müzakirə şəraitində keçib. İştirakçılarını maraqlandıran suallar   cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.

Keçidlər