Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünə həsr olunmuş tədbir
27 may 2016 | 16:00
27 may 2016-cı il tarixdə Oğuz rayon İcra hakimiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov açmışdır.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bu münasibətlə məruzə ilə çıxış etdikdən sonsa məruzə ətrafında çıxışlar olmuş və sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.