Oğuzda cəbhə xəttində baş verən hadisələrlə bağlı geniş müşavirə
4 aprel 2016-cı il tarixdə oğuz rayon Mədəniyyət Mərkəzində aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində baş verən hadisələr, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının islası, ölkə Prezidenti cənab İlham Əliyev məsələyə münasibəti və verilmiş tapşırıqlarla əlaqədar ümumrayon toplantısı keçirilmişdir.
Toplantını giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov bildirdi ki:
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hucuma keçmiş yaşayış məntəqələrimizi atəşə tutmuşlar. Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurmuşlar.
Aprelin 2-də məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının islası keçirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev məsələyə münasibət bildirmiş və müvafiq tapşırıqlar vermişdir.
Hadisə zamanı həlak olanları xatirəsi 1 dəqiqəlik skutla yad edilmişdir.
Sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Xalid Babayev Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Oğuz rayon Təşkilatının sədri Müşfiq İsmayılov və Şəhər 1 saylı tam orta məktəbinin müəllimi mövzu ətrafında çıxışlar etmişlər.