31 mart Azərbaycanlıların Soyqırımı Günü
31 mart 2016-cı il tarixdə Oğuz şəhər 3 N-li tam orta məktəb-liseyin akt zalında Rayon Təhsil Şöbəsinin təşkilatçığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə elmi-prsktiki konfrans keçirilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin müəllimləri, şagirdləri, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin işçiləri elmi-nəzəri konfransda iştirak etmişdir. Konfransı Oğuz Rayon Təhsil şöbəsinin Metodiki Kabinetinin direktoru N.Zahidov giriş nitqi ilə açmışdır. Soyqırrım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans iştirakşıları 31 mart azərbaycanlıların soyqırımına həsr edillmiş video filmi izləmişlər.
Elmi-nəzəri konfransda Oğuz Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Tofiq Daşdəmirov çıxış etmişdir.
Konfrans iştirakçıları 31 mart soyqırımına həsr edilmiş kitab sərgisi ilə tanış olmuşlar.