Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Novruz şənliyi

18 mart 2016 | 16:00

18 mart 2016-cı il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda “Novruz bayramı” münasibəti ilə ümum rayon şənliyi keçrilmişdir.
    Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və rayon sakinləri iştirak etmişlər.
   Rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizlə tanış oldu və bayram tonqalına alov vuraraq möhtəşəm bayram tədbirini açıq elan etdi.
    Əvvəlcə tədbir iştirakçılarını Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa salamdı və xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdilər.
    Sonra Kosa və Keçəlin yumoristik səhnələri, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.

Keçidlər