Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Vətən uğrunda döyüşmüş fədailərə “Fədai” medalları təqdim edildi.

26 fevral 2016 | 16:00

     12 fevral 2016- cı il tarixdə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin yaranmasının 15 illiyi tamam olması ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə təntənəli yubiley tədbiri keçirilmişdir.
    Müdafiə Nazirliyi rəsmilərinin, Nazir və Nazir müavinlərinin, millət vəkillərinin, ziyalıların qatıldığı tədbirdə şəhid ailələrinə, Qarabağ əlillərinə, Müharibə veteranlarına və vətənpərvər ictimai təşkilat rəhbərlərinə “FƏDAİ” Medalları təqdim olunub. İlk medal isə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə təqdim olunub.
     Təltif edilənlər sırasında, Oğuz rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətşisi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Oğuz rayon filialının sədri, Qarabağ müharibəsinin veteranı Müşfiq Kərəm oğlu İsmayılov da vardır.

Keçidlər