Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayon İcra Hakimiyyətinin başçısının hesabat iclası

19 fevral 2016 | 16:00

19 fevral 2016-cı il tarixdə 2015-ci ildə Oğuz rayonunun sosiala--iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Rayon İcra Hakimiyyətinin başçısının hesabat iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Milli Məclisin Deputatı Aqiyə xanım Naxçıvanlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, şura  üzvləri, İcra  Hakimiyyəti  aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,  idarə və təşkilat rəhbərləri, inzibati ərazi vahidləri üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyətin  nümayəndələri iştirak etmişdir
Öncə yığıncaq iştirakçıları Ümummilli lider Heydər Əliyev abidəsi önünə gül dəstələri qoymuşlar.
Oğuz rayonu Statistika idarəsi rəisi Rizvan Gondalov, Dövlətqaçqınkomun Oğuz rayonu üzrə nümayəndəsi Yaqub Abbasov,
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rufət Əliyev çıxış edərək 2015-ci ildə respublikamızda eləcə də Oğuz rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham  Əliyevə  müraciət  oxunmuşdur.

Keçidlər