2 Fevral Gənclər Günü
Fevral ayının 2-də Gənclər Günü münasibəti ilə Oğuz Rayon Mədəniyyət evində bayram tədbiri keçirilib. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
Tədbiri giriş sözü ilə Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ulduz Baxışova açaraq ,,2 Fevral Gənclər Günü” münasibətilə Oğuz gənclərini təbrik edib, müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı yolunda onların hər birinə yeni-yeni uğurlar arzulayıb.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Daşdəmirov çıxış edərək o da öz növbəsində gəncləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gənclərə göstərdiyi diqqət-qayğıdan danışıb.
YAP Oğuz Rayon təşkilatı Gənclər Birliyinin sədri Mehman Ramazanov cıxış edərək ,,2 Fevral Gənclər Günü” münasibətilə Oğuz gənclərini təbrik edib, Ümummilli lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıb.
Tədbirdə Oğuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə, Oğuz Rayon Heydər Əliyev Mərkəzi , YAP Oğuz rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub.