Su həyatdı
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 22 dekabr 2015-ci il tarixində Oğuz rayonunun Filfilli kəndində içməli su xəttinin açılış mərasimi keçirilmişdir.
İçməli su problemini həll etmək üçün layihə çərçivəsində uzunluğu 5785 metr olmaqla PVX borularla su xətti çəkilmiş, d 125 mm -lik 1 ədəd zadvijka, 10 ədəd müxtəlif diametrli ventil quraşdırılmış, 1 ədəd 4m3 su anbarı tikilmişdir. İcra zamanı həmçinin 2 ədəd kollektor qoyulmuş, su xətti sıxılan muftalarla çəkilmiş, su xətti üçün qazılmış xəndəklər əl və ekskavatorla doldurulmuşdur.
Layihə başa çatdıqdan sonra Filfilli icmasının 2633 nəfər əhalisi keyfiyyətli içməli su ilə tam təmin olunub.
Layihənin açılışında Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Eyvaz Qurbanov, AzKİL-2-nin Direktor Müavini, İcma İnkişafı Meneceri Gülbəniz xanım Qənbərova, AzKİL-2 Şimal zonası üzrə Proqram Mütəxəssisi Akif Kərimli, Ərazi İcra Nümayəndəsi Eyvaz Cavadov, Filfilli Bələdiyyə sədri Akif Nəsirov kənd ağsaqqalları və ziyalılar, eləcədə AzKİL-in Bakıdan və regionlardan olan işçi heyəti iştirak edirdilər.