Oftalmologiya Mərkəzi Oğuzda
11 dekabr 2015 | 16:00
03 və 04 dekabr 2015-ci il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası tərəfindən Oğuz rayon Mərkəzi xəstəxanasında yerli əhaliyə yüksək səviyyəli oftalmoloji müayinələr aksiyası keçirilmişdir.
Həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqadatərəfindən həyata keçirilən aksiyada ümumilikdə müxtəlif göz problemlərindən əziyyət çəkən 100 nəfərdən artıq şəxs institutun peşəkar mütəxəssisləri tərəfindən müayinə olunmuşdur. 10 nəfərində müxtəlif səpkili göz əməliyyatları icra edilmişdir.