Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə geniş tədbir keçirilib.

23 noyabr 2015 | 16:00

Yığıncaqda RİH başçısının müavini Yusif Naxçıvanlı , YAP Oğuz rayon təşkilatının Şura üzvləri , partiyanın veteranları , partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə   Ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Oğuz  rayon Təhsil şöbəsinin iclas zalında  zalında keçirilən görüşü rayon təşkilatının sədri Saleh Məhərrəmov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Yeni Azərbaycan  partiyasının yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məruzə ilə çıxış edib.
  Yığıncaqda YAP Oğuz  rayon təşkilatı qadınlar şurasının üzvü Məcidova Qərənfil    partiyanın yaranma tarixinə nəzər salaraq qeyd edib ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası, Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmiş, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr veribdir.  Yeni Azərbaycan Partiyasının milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynadığını bildirib.
  Yığıncaqda Heydər Əliyev Mərkəzinin işçisi Əlibəyli Şəbnəm çıxış edərək  bildirib ki, Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırmış, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olmuşdur.
  Tədbiri yekunlaşdırmaq üçün söz Oğuz RİH başçısı müavini Yusif Naxçıvanlıya verilib. Yusif Naxçıvanlı  Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və bu  kursa sadiq qalan dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb.
Tədbirin sonunda  tədbir iştirakçiları adından Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının sədri  cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər