Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

1 Noyabr - Kənd Təsərrüfatı işçilərinin Peşə Bayramıdır

01 noyabr 2024 | 09:58

Oğuz rayonunda “1 noyabr Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Daha sonra tədbir Oğuz rayon Aqrar İnkişaf Mərkəzinin konfrans zalında davam etmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı gününün təsis edilməsi Prezidentin aqrar sahədə çalışanlara diqqət və qayğısının bariz nümunəsidir. Artıq müstəqil republikamızın kənd təsərrüfatı sürətli və dinamik inkişaf yolundadır. Bu inkişaf rayonumuzda da özünü göstərir. Tütünçülük və baramaçılıq sahəsində son illər əldə olunan uğurlar, müxtəlif növ meyvə bağlarının salınması, toxumçuluq sahəsinin inkişafı və sair göstəricilər bu sahənin davamlı inkişafından xəbər verir. Təbii ki, bu inkişafda bizim fermerlərimizin, kənd təsərrüfatı sahəsi ilə məşğul olan bütün zəhmətkeşlərin birgə və əzimkar fəaliyyəti xüsusi önəmə sahibdir.
Tədbirin sonunda aqrar sahədə uzun illər səmərəli fəaliyyətlərinə görə rayonun bir qrup qabaqcıl kənd təsərrüfatı işçisi Oğuz Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunublar.

Keçidlər