Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Hesabat

"Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair

2019-2025-ci illər üçün Strategiya"nın 2019-2021-ci illərdə icrası üzrə "Fəaliyyət Planı"nın

8.10.1-ci yarımbəndinin 2021-ci il üzrə icra vəziyyəti haqqında

HESABAT

Tədbir

 

 

Tədbirin icrası üzrə

fəaliyyəti

Tətbirin keçirilmə

tarixi

Tətbirin keçirilmə yeri

Iştirakçıların sayı

Qeyd

Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi.

 

      2021-ci il ərzində Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon Prokurorluğunun,  aidiyyəti hüquq-mühafizə orqanlarının, Oğuz RİH  başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və digər dövlət orqanlarında çalışan dövlət qulluqçularının iştirakı ilə 15 mart 2021-ci il tarixdə "Korrupsiya- cinayətdir!" mövzusunda videokonfrans, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və  Oğuz RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və digər dövlət orqanlarında çalışan dövlət qulluqçularının iştirakı ilə 07 iyun 2021-ci il tarixdə "Dövlət qulluqçusu etik davranış qaydalarına əməl etməlidir" mövzusunda  təlim-konfrans və Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil şöbəsinin təşkilatçılığı və digər dövlət orqanlarında çalışan dövlət qulluqçularının iştirakı ilə 25 oktyabr 2021-ci il tarixdə "Məmur-vətəndaş əməkdaşlığı" mövzusunda  təlim-toplantı maarifləndirmə tədbirləri keçirilmişdir.

     Qeyd edilmiş təlim və konfranslarda "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"sında və bu "Strategiya"nın 2019-2021-ci illərdə icrası üzrə "Fəaliyyət Planı"nda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı müzakirələr aparılmış, rayonda dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçuları tərəfindən  bu sahədə qanunun tələblərinə riayət edilməsi və "vətəndaş-məmur" əməkdaşlığı təblig edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş və görüləcək işlər qeyd edilmiş və dövlət qulluqçularının etik davranışda nümunə olmasının vacibliyi vurğulanmışdır.

Tədbirləri etik davranış qaydaları üzrə müvəkkil, Oğuz RİH başçısının müavini Yusif Naxçıvanski giriş sözü ilə açaraq etik davranış qaydalarının mahiyyəti, bu sahədə qanunun tələblərinə əməl edilməsinin vacibliyi və idarə rəhbərlərinin öz tabeliyində olan dövlət qulluqçularının  xidməti davranışlarının qanunvericilik ilə müəyyən olunmuş etik davranış qaydalarına uyğunluğuna nəzarət etmələrinin vacibliyini qeyd etmişdir.

Keçirilmiş təlimlərin mövzuları hər bir dövlət qulluqçusunun etik davranışda nümunə olmasının vacibliyi vurğulanmaqla vətəndaşların onlara olan etmadının yüksəldilməsi, vətəndaşlarla vicdanla, səbrlə və mədəni davranışı, onların hüquq və azadlıqlarına, qanuni mənafelərinə, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna  hörmətlə yanaşmağı, korrupsiyanın qarşısının alınması, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və güzəştlərin əldə edilməsinə yol verilməməsi və sairə kimi etik davranış qaydalarını əhatə etmişdir.

Təlimlərdə orqan, idarə və müəssisə rəhbərlərinə qanunla müəyyən edilmiş etik davranış qaydalarına dövlət qulluqçuları tərəfindən əməl edilməsinə xidməti qaydada nəzarət edilməsi, dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydaları haqqında qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və ya məlumatlar daxil olduqda bu məsələlərin həlli istiqamətində tədbirlər görülməsi və əgər şikayət əsaslı olarsa həmin dövlət qulluqçusunun intizam və ya cinayət  məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar tədbir görülməsi, etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və mütəmadi olaraq bu sahədə maarifləndirmənin həyata keçirilməsi sahəsində müvafiq tapşırıqlar  verilmişdir. Gənc dövlət qulluqçularının fəallığı ilə seçilən və diskussiya şəklində  keçirilən təlim və tədbirlərdə müvafiq qanunun tətbiqi ilə bağlı aktual məsələlər müzakirə edilmiş və dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

Əlavə olaraq qeyd edək ki,  Oğuz rayon İcra Hakimiyyəti tərəfindən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə hələ 2020-ci ilin əvvəlində müvafiq İş Planı hazırlanmış və surətləri rayonun hüquq-mühafizə orqanlarına və aidiyyəti idarə, müəssisə və təşkilatlarına çatdırılmışdır.

Hesabat dövründə Oğuz RİH və rayonun dövlət orqanları tərəfindən vətəndaşların korrupsiya hüquqpozmaları ilə bağlı müraciətlərinə "Korrupsiyaya qarşı mübarizə haqqında Qanun"un tələblərinə əməl edilməklə obyektiv və məsuliyyətlə baxılması, faktlara ədalətli və düzgün hüquqi qiymət verilərək A.R. Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə məlumat mübadiləsinin aparılması işi rayonda tələb edilən səviyyədə həyata keçirilmiş və rayon İcra Hakimiyyəti tərəfindən bu iş daima nəzarətdə saxlanılır.

Məlumat üçün qeyd edək ki, 2021-ci il ərzində  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi vasitəsi ilə rayon İcra Hakimiyyətinə dövlət qulluqçuları barəsində korrupsiya hüquqpozmaları ilə bağlı vətəndaş şikayəti daxil olmamışdır.

Bütün bunlarla yanaşı bildiririk ki, 2021-ci il ərzində rayonda dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı fiziki və hüquqi şəxslərdən şikayət və ya məlumat daxil olmamış və kütləvi informasiya vasitələrində bu barədə məlumat dərc edilməmişdir.

      Rayon İcra Hakimiyyətində keçirilən qəbulların demək olar ki, hamısının yekununda Aparatın rəhbəri idarə və təşkilatların rəhbərlərinə, vəzifəli şəxslərə və bütün dövlət qulluqçularına işində məsuliyyətli və diqqətli olmaları, vətəndaşlarla mədəni və vicdanla davranmaları, onların hüquq və azadlıqlarına, qanuni mənafeyinə və şərəf və ləyaqətinə hörmətlə yanaşmaları və qanunvericiliyin tələblərini pozmamaları barədə öz tapşırıq və tövsiyyələrini verir.

      Rayon İcra Hakimiyyətinin rəhbərliyi müvafiq dövrədək olduğu kimi bundan sonra da rayonda dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi məqsədi ilə maarifləndirmə və profilaktik tədbirlərinin həyata keçirilməsini təmin edəcək və bu sahədə öz fəaliyyətini daha da genişləndirəcəkdir.

 

 

 

15.03.2021.

 

 

 

 

07.06.2021

 

 

 

 

25.10.2021

 

 

 

 

 

 

Onlayn təlim

 

 

 

Oğuz rayon İcra Hakimiyyətinin akt zalı

 

Oğuz rayon Təhsil Şöbəsinin iclas zalı

 

 

 

 

32 nəfər

(2 nəfər rəhbər və icraçı)

 

70 nəfər

(5 nəfər rəhbər və icraçı)

 

55 nəfər

(4 nəfər rəhbər və icraçı)

 

 

 

 

 

 

            Hazırladı:    Sənan Əliyev (Oğuz RİH Hüquq şöbəsinin müdiri).

 

Keçidlər