Oğuz rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun Sərəncanıma əsasən "Vətən Müharibəsi" iştirakçısı, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmiş Şükürlü Maarif Eldar oğlu Oğuz rayon İcra hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunmuşdur.