Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

18 iyun İnsan Hüquqları Günüdür.

18 iyun 2020 | 16:00

Demokratik-hüquqi dövlət, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların təkmilləşdirilməsi dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
  Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 18 may tarixindən 18 iyun tarixinədək Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunur və respublikanın hər yerində hüquqi maarifləndirmə sahəsində müxtəlif səpgili tədbirlər həyata keçirilir.
Hər il olduğu kimi, bu il də rayonumuzda 18 may tarixindən 18 iyunadək "İnsan Hüquqları Aylığı"na start verilmişdir. Lakin, məlum olduğu kimi, ölkəmizdə elan olunmuş karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən hazırda kütləvi-ictimai tədbirlərin keçirilməsi mümkün deyildir. Buna baxmayaraq, rayonda "İnsan hüquqları aylığı" ərzində rayon İcra Hakimiyyəti əməkdaşlarının da iştirakı ilə rayonun aidiyyəti qurumları tərəfindən videokonfrans formatında bir sıra hüquqi-maarifləndirmə tədbirləri keçirilmişdir. Buna misal olaraq Ombudsman Aparatının Şəki Regional Mərkəzinin əməkdaşlarının və Oğuz rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Mədəniyyət və Turizm nümayəndəliyinin, Mərkəzi Kitabxanasının, Heydər Əliyev Mərkəzinin əməkdaşlarının, həmçinin gənc fəalların və məktəblilərin də iştirakı ilə 2 iyun 2020-ci il tarixdə keçirilmiş "İnsan hüquqları aylığı" çərçivəsində hüquqi-maarifləndirmə videokofransını, rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Oğuz rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət və Turizm nümayəndəliyinin və rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə 8 iyun 2020-ci il tarixdə keçirilmiş "Mənim hüquqlarım məni qoruyur" mövzusunda maarifləndirmə videokonfransını misal göstərmək olar. 
Videokonfranslarda Konstitusiyamızın, insan hüquqları haqqında qanun və qanunverici aktların mahiyyətinin və həyatımızda rolunun, eyni zamanda, dövlətimizin vətəndaş hüquqlarının qorunması sahəsində apardığı siyasət və göstərdiyi qayğının ictimaiyyətə və gənc nəslə çatdırılması və vətəndaşlarda bu sahədə hüquq düşüncəsinin formalaşdırılması məqsədi ilə müxtəlif mövzularda müzakirələr aparılmışdır.
  Əlavə olaraq "Oğuz Yurdu" qəzetində Oğuz RİH Hüquq şöbəsinin "18 iyun İnsan Hüquqları  günüdür" başlıqlı məqaləsi qərc edilmiş və Oğuz rayon Heydər Əliyev Mərkəzi tərəfindən "18 iyun İnsan hüquqları günü" ilə əlaqədar videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır.

Keçidlər