Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.

04 iyun 2020 | 16:00


Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında  iştirak edərkən tibbi maskadan istifadə etməsi isə hər bir Azərbaycan vətəndaşı üçün əsl nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.
Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər Oğuzda da minnətdarlıq hissi ilə qarşılanır. Xüsusilə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün tələb və qaydalara ciddi şəkildə əməl olunması sahəsində təxirəsalınmaz işlər görülür.
Pandemiyanın hökm sürdüyü ilk gündən tibbi maskadan istifadənin virusun yayılmasının qarşısının alınmasında, bilavasitə vətəndaşların sağlamlığının qorunmasında mühüm rol oynaması barədə rayon sakinlərinə mütəmadi olaraq məlumatlar verilir.

Beləliklə, ölkəmizdə dövlətimiz tərəfindən biz vətəndaşların sağlamlığının qorunması istiqamətində bütün səy və imkanlardan istifadə edərək məqsədyönlü mübarizə tədbirləri görülür. Biz vətəndaşların da üzərinə bir məsuliyyət düşür ki, o da qeyd olunan tələb və qaydalara ciddi şəkildə əməl etməklə sağlamlığımızı qorumaq və ölkəmizdə atılan uğurlu addımlardan nümunə götürərək dövlətimiz tərəfindən görülən işlərə öz töhfəmizi vermək.

 

 

Keçidlər