Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

İmişli Rayon İcra Hakimiyyəti başçısının həbsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür

13 may 2020 | 16:00

İstənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanın əksər ölkələrini narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı əngəlləyir, cəmiyyətdə mövcud olan ehtiyatlardan səmərəsiz istifadə edilməsinə şərait yaradır, vətəndaş hüquq və azadlıqlarına ciddi ziyan vurur.. Azərbaycan da korrupsiyaya qarşı ciddi mübarizə aparan dövlətlər sırasında öndə durur. Lakin beynəlxalq miqyasda korrupsiyanın kökünü kəsmək mümkün olmadığı kimi ölkəmizdə də bu növ cinayətlərin elementləri müşahidə olunmaqdadır. Baxmayaraq ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə siyasi iradə mövcuddur, dövlət başçısı dəfələrlə bu mübarizədə ən sərt tədbirlərin görüləcəyini bəyan edib, bəzi harınlamış məmurlar öz nəfslərinə hakim kəsilə bilmirlər. Elə bu səbədən də cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır.
   Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri davam etdirilməkdədir. Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) verilən məlumata görə, toplanılmış materiallar üzrə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
    Məlum faktdır ki, dövlət başçısı yeni təyin edilmiş icra başçılarını qəbul edərkən onların əsas vəzifələrinin xalqa və dövlətə xidmət etmək olduğunu diqqətə çatdırır. Tapşırıq və tövsiyyələrini verir ki, xalqa xidmət etsinlər, vətəndaşların problemlərinin həllinə maksumum dərəcədə nail olsunlar. Bir məsələni də xatırladaq ki, prezident İlham Əliyev icra başçılarını təyin edərkən onlara inanır və təmiz vicdanla vəzifələrini icra edəcəklərini yəüin edir. Belə bir halda dövlət başçısının etimadını doğrultmayan, xalqa xidmət etmək əvəzinə xalqın malına göz dikmək birmənalı şəkildə dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Çünki çox nadir hallarda rast gəlinir ki, icra strikturunun rəhbərinin özü vətəndaşların sosial rifah halının yüksəldilməsi iqtiqamətində stimullaşdırıcı tədbirlər görmək əvəzinə, xeyriyyəçilər tərəfindən onlara ayrılan yardıma göz diksinlər. Heç bir etik qaydaları gözləməyən, dövlət qullquçusu əxlaqına zidd hərəkətlərlə dövlətin və millətin adına ləkə gətirən, xalqın malını visdansızcasına mənicəyən məmurlar ən sərt əkildə cəzalandırılmalıdırlar ki, insanlarda dövlət orqanlarına inam bərpa olunsun. Nəzərə almaq lazımdır ki, əxlaq normalarını ayaq altına atan bu məmurlar vicdanlarını o dərəcədə itiriblər ki, hətta dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlərə yol veriblər. Bu isə o anlama gəlir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.
    Belə bir halda korrupsiyaya qarşı mübarizə qanunun sərt üzü nəzərə alınaraq aparılmalıdır. Bu halda istənilən səviyyədə aparılan mübarizə effektli olacaq. Bu mənada korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər öz vəzifəsinə dıqrnaqarası baxan məmurlar üçün sözün həqiqi mənasında dərs olacaq. O da nəzərə alınmalıdır ki, korrupsiyanın qarşısının alınmasında təkcə qanunların tətbiqi yetərli deyil, bu sahədə mövcud mexanizmlər zamanla işə salınmalı və gücləndirilməlidir. Heç şübhəsiz ki, həyata keçirilən islahatlar çərçivəsində ölkəmiz korrupsiyaya qarşı mübarizədə dünya ölkələrinin təcrübəsindən istifadə etməklə çox müsbət nəticələr əldə edəcək

 

Keçidlər