Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir

10 noyabr 2019 | 16:00

Oğuz Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayonun inzibati orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil işçiləri, şagirdlər, valideynlər, sosial media və mətbuat-informasiya orqanlarının nümayəndələri tədbirdə iştirak edib.

     İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevi ehtiramla yad edib və gül dəstələri qoyublar. Vətən uğrunda canını verən şəhidlərimiz ziyarət edildikdən sonra Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.

     Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlanıb. Tədbirdə iştirak edən nümayəndələr Azərbaycan Respublikasının  dövlət rəmzlərinin milli dövlətçiliyimizin dünyaya tanıdılmasında və  beynəlxalq aləmdə onun təmsil olunmasında   əsas simvollarından biri olmasını, dövlət bayrağının statusu, onun  istifadə qaydaları üzərində dayanaraq “Dövlət Bayrağı Günü” münasibətilə tədbir  iştirakçılarını təbrik edib, rayonumuzun, eləcə də, respublikamızın tərəqqisi və çiçəklənməsi naminə uğurlar diləyiblər.

     Oğuz  şəhər 3 №li məktəb-liseyin şagirdləri tədbirdə Bayraq Gününə həsr edilən maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Keçidlər