Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində görüş

03 oktyabr 2019 | 16:00

Görüşdə Oğuz Rayon  İcra Hakimiyyətinin Başçısı  cənab Eyvaz Qurbanov, Azərbaycan Dövlət  Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, Oğuz Rayon Təhsil Şöbəsinin müdiri  Anar Məcidov, Oğuz Dövlət  Aqrar  İnkişaf  Mərkəzinin direktoru Azad Əliyev, rayon ictimaiyətinin nümayəndələri, müəllimlər və  məktəblilər iştirak edib.
Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında   videoçarx təqdim olunub.
Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov, rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından, bu sahəyə dövlətin qayğısından, universitetin əldə etdiyi uğurlardan və tələbələrə göstərilən qayğıdan danışıb. Professor onu da qeyd etdi ki,  təhsil müəssisəsi digər xarici  dövlətlərin universitetləri ilə əməkdaşlıq edir. Aqrar sahələrdə təcrübə mübadiləsi məqsədilə  tələbələrin xarici ölkələrin ali məktəblərinə ezam olunmasına xüsusi diqqət yetirilir.
         Daha sonra Oğuz rayon Kərimli kənd tam orta məktəbinin direktoru Sahib Camıyev və Xaçmazqışlaq kənd tam orta məktəbinin məzunu olan hazırda ADAU-nin tələbəsi çıxış etmişlər. Tədbirin gedişində Aqrar Universitetinin rektoru İbrahim Cəfərov XI sinifdə oxuyan şagirdlərin universitetlə bağlı suallarını da cavablandırmışdır.

Keçidlər