Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Könüllük fəaliyyətinə sən də qoşul!

25 mart 2019 | 16:00

Oğuz rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında”  Azərbaycan Respublikasının qanunun müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
    Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “DövlətProqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Oğuz rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
    Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanuna müvafiq olaraq Oğuz rayon İcra Hakimiyyətində könüllü fəaliyyəti əsas etibarıilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur.
• AzərbaycanRespublikasının Oğuz rayon İcraHakimiyyətində könüllü fəaliyyətinin həyata keçirilməsi;
• Vətəndaşların qarşılanması, müraciətlərə əsasən köməkliyin göstərilməsi;
• Xidmətlər üzrə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
• Müraciətlərə əsasən ərizələrin yazılması və yazılmasınd aköməkliyin göstərilməsi;
• Əlillərin və şəhid ailələrinin müraciətlərinə daha diqqətlə yanaşılması;
• Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi;
• Azərbaycan Respublikası  qanunvericiliyinin tələblərin əziddolmayan digər fəaliyyət sahələri;
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir.Oğuz rayon İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir:
• 09 : 00  - 13 : 00   - 1-ci növbə
      • 14 : 00  - 18 : 00   - 2-ci növbə
Oğuz rayon İcra Hakimiyyəti tərəfindən könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, buda onların növbəti işhəyatına uğurlu bir keçid fürsəti olacaqdır. Oğuz rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaşarası gənclər müraciət edəbilər.
Könüllükimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlərüçüntələblər:

• İntizamlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
• Kollektivdəişləməkbacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüterbacarığı
  Müraciətüçün:
  Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-n i(tərcümeyi-hal) mail@oguz-ih.gov.az poçtuna göndərəbilər.
əlaqə nömrəsi:    215-22-30
  Müvafiq tələblərə cavabverən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

Keçidlər