Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib.

21 noyabr 2018 | 16:00

Yığıncaqda YAP Oğuz rayon təşkilatının Idarə Heyəti üzvləri, YAP Oğuz rayon təşkilatının Şura üzvləri, Gənclər Birliyinin üzvləri, partiyanın veteranları, partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Oğuz rayon Təhsil şöbəsinin iclas zalında keçirilən görüşü rayon təşkilatının sədri Saleh Məhərrəmov giriş sözü ilə açaraq, əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Yeni Azərbaycan Partiyasının yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məruzə ilə çıxış edib.O qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan tarixinin mühüm səhifələrindən, məqamlarından biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud durum həqiqətən çox mürəkkəb idi. Azərbaycan dövləti süqutun astanasında idi, müstəqilliyi şübhə altına düşmüşdü. Belə bir məqamda, YAP-ın təsis olunması Azərbaycanın xilasına doğru atılmış ilk addım oldu. Ona görə də hesab edirəm ki, YAP-ın təsis olunması və Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. Mən partiyamızın yaradılmasını Ulu öndər Heydər Əliyevin siyasi qüdrətinə inanan geniş xalq kütlələrinin, ziyalı hərəkatının mübarizəsinin yekunu, Azərbaycanın həqiqi müstəqilliyinin isə təməlinin atılması kimi qiymətləndirərdim. 26 illik fəaliyyəti dövründə partiyamızın Azərbaycan xalqına nə bəxş etdiyi barədə bu gün biz açıq alınla xalq qarşısında hesabat verə bilərik. Təhsil, mədəniyyət, səhiyyə və iqtisadiyyatın bütün sahələrində olan yüksəliş hamının gözü qarşısındadır. Azərbaycan xalqının yeganə lideri, hörmətli prezidentimiz Cənab İlham Əliyev dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və dönməzliyi uğrunda başladığı işləri uğurla davam etdirir.

Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin Başçısının müavini Yusif Naxçivanski isə deyib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinə və siyasətinə sədaqətdə dönməz vəsadiqdirlər. Sonra tədbirdə YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin şura üzvü Cavid Həmidov, YAP Oğuz rayon təşkilatı Qadınlar şurasının üzvü Aliyə Osmanova və Heydər Əliyev Mərkəzinin direktoru , YAP Oğuz rayon təşkilatı Qadınlar şurasının sədr müavini Mehriban Hydərova çıxış ediblər.

Tədbirdə partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunub

Keçidlər