Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayon İcra Hakimiyyətinin başçısının hesabat iclası

17 oktyabr 2018 | 16:00

2018-ci ilin doqquz ayında Qğuz rayonunun sosial--iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair  Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun

H e s a b a t ı

  Hörmətli iclas iştirakçıları!
  Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin iclasdakı  nitqlərindən məlum oldu ki, “2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.”

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 27 fevral tarixli 118 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) qəbul edilmişdir. Qəbul ounmuş Dövlət Proqramına Oğuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 13 maddə daxil edilmişdir.
Südlük və ətlikist iqamətli cins mal-qara yetişdirilməsi işləri davam etdirilir. Mal-qaranın süni mayalandırılması işi təşkil edilmişdir. 2018-ci ilin 9 ayında süni mayalanmadan 670 baş buzov alınmışdır.
Aqrolizinq ASC-nin Oğuz Aqroservis filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.
2018-ci ildə görüləcək işlərin tədbirlər planı hazırlanıb.Bucaq-Muxas-Baş Daşağıl kənd və Oğuz-Xaldan avtomobil yollarına qum-çınqıl döşənmiş,asfalt salınmışdır.
2018-ci ildə görüləcək işlərin tədbirlər planı hazırlanıb. Oğuz şəhərində, Xaçmaz, Xalxal, Baş Daşağıl, Muxas, Bucaq kəndlərində 10 və 0.4 kv-luq kabel çəkilmiş, 93 ədəd yeni KTM sxemə qoşulmuşdur. 13 ədəd 10/04 kv-luq yarımstansiya cari təmir edilmişdir, 35/10 kv-luq 20 MVA gücündə yeni Oğuz yarımstansiyası tikilərək istismara verilmişdir. 4373 ədəd sayğac dəsti yeni elektron tipli sayğacdəsti ilə əvəz olunmuşdur
Xaçmazqışlaq kəndinə  142 abonentin normal təbii qazla təmin edilməsi üçün 1 ədəd SQTM-300 kub metr/saat yeni qaz tənzimləyici quraşdırılıb. Top kəndində 644 p/m yeni d-57 mm-lik qaz xətti çəkilmiş, 300 p/m d-40 mm-lik qaz xətti həyətlərdən çıxarılaraq səliqəyə salınmışdır. Zərrab kəndində 620 p/m yeni d-57 mm-lik qaz xətti çəkilmiş, 85 p/m d-76 mm-lik qaz xətti dayaqlar üzərinə qaldırılaraq səliqəyə salınmışdir. Şirvanlı kəndində d-89 mm-lik 195 pm, d-57 mm-lik 146 pm, Tayıflı kəndində d-89 mm-lik 275 pm qaz xətti dayaqlar üzərinə qaldırılaraq rənglənmiş və sayğaclar yeni çəkilmiş xətlərin üzərinə köçürülmüşdür.
Meliorasiya və irriqasiya işlərinin görülməsi üçün sənədləşmə işləri aparılıb.  2018-ci ildə Bucaq, Sincan, Top, Padar, Kərimli, Xaçmaz kəndlərində subartezian quyularının qazılması üçün yerlər müəyyənləşdirilib. Həmin kəndlərdə subartezian quyuları qazılıb başa çatdırılıb, son tamamlama işləri aparılır.
Oğuz çay, Daşağıl çay, Xalxal çay və Türyan çay sistemlərində daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcrasında ekskovator və buldozerlər vasitəsi ilə təmizləmə işləri görülmüşdür Oğuz çay sistemində Oğuz şəhərini mühafizə edən  daş-beton bəndlərində təmir işləri görülmüşdür. Türyançay sistemində Mollalı kəndinin və əkin sahələrinin, Qalaçay sistemində Yemişanlı, Filfilli, Xaçmaz, Dəymədağlı, Sincan kəndlərinin və əkin sahələrinin qorunması məqsədi ilə qum-çınqıldan mühafizə bəndləri quraşdırılmışdır. 2018-ci ildə Xaçmaz, Sincan, Dəymədağlı, Tərkeş kəndlərin də tütün əkini ilə əlaqədar yeni suvarma arxları qazılmışdır. Qoz, fındıq bağlarına suvarma suyunun verilməsi üçün yeni suvarma arxları çəkilmiş və ya bərpa edilmiş, lildən təmizlənmişdir.
Oğuz rayon 7 illik Uşaq Musiqi məktəbinin dam örtüyü dəyişdirilir. Oğuz şəhərində iki körpələr evi-uşaq bağçasının tikintisi, Padar kənd tam orta məktəbində əsaslı təmir və bərpa gücləndirmə işləri davam etdirilir. Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində yeni modul tipli məktəblərin inşası nəzərdə tutulub
2018-ci ilin 9 ayı ərzində Oğuz şəhərində abadlıq işləri ilə əlaqədar şəhərin 6 küçəsində səkilərdə 827 m³ qum-çinqıl qatının hazırlanması, 3615m beton səki daşlarının düzülməsi və 4136 m² sahədə tomet tavaların döşənməsi üzrə smeta sənədləri hazırlanmış və indiyədək ümumilikdə 710 m³ qum-çinqıl qatının hazırlanması, 2970 m beton səki daşlarının düzülməsi və 3450 m² sahədə tomet tavaların döşənməsi işləri yerinə yetirilmişdir. Hal-hazırda abadlıq işləri davam etdirilir.
       Həmçinin şəhərin 15 küçəsində ümümilikdə 16270 m² sahədə  asfalt-beton örtüyün salınması üzrə smeta sənədləri hazırlanmış və indiyədk həmin küçələrdə ümumilikdə 4364 m³ qum-çinqıl qatının hazırlanması, 14715 m² ərazidə qırmadaş əsasın hazırlanması və 14250 m² sahədə  asfalt-beton örtüyü salınmışdır.
      Oğuz şəhərində çoxmənzilli ictimai yaşayış binaların dam örtüyünün, giriş bloklarının və fasadının təmiri işləri üzrə Nəriman Nərimanov küçəsində 2 ictimai yaşayış binalarında dam örtüyünün, fasad və giriş bloklarının təmiri və Zərifə Əliyeva küçəsində bir ictimai yaşayış binasında dam örtüyünün və giriş bloklarının təmiri işləri yerinə yetirilərək sakinlərin istifadəsinə verilmişdir. Bundan başqa şəhərin Bəxtiyar Vahabzadə küçəsində 2, Nəriman Nərimanov küçəsində bir ictimai yaşayış binalarının fasadları təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
         2013-cü ildə  Oğuz royanu Muxas kəndi ərazisində Daşağıl çayı üzərində təməli qoyulmuş  kiçik su elektrik stansiyalarının  (KSES)  tikinti altı sahəsi 7,22 hektardır. Layihə üzrə burada 1 ədəd hidroqovşaq, 3 ədəd SES binası , 3 ədəd basqılı boru və 1 ədəd aparıcı kanal tikintisi nəzərdə tutulmuşdur. Hal-hazırda tikinti işləri davam etdirilir,  yaxın vaxtlarda 1,5 meqovat gücündə  1  kiçik su elektrik stansiyasının  (KSES)  tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
       Bundan başqa rayonun Kərimli kəndində “fındıq emelı sexi”nin, Calut kəndində “ailəvi istirahət mərkəzi”nin, Bucaq kəndində “cücə sexi”nin tikintisi başa çatdırılmış və istismara verilmiş, həmçinin Bucaq kəndində 2016-cı ildə inşasına başlanmış “tütün qurutma sexi”nin bir hissəsi tikilib istismara verilmiş və  hal-hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
   Hesabat dövründə rayonda açılmış 178 yeni iş yerlərindən hamısi daimi olmuş, onlardan 2-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 22-i mövcud mü-əssisə və təşkilatlarda, 154-ü fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılmışdır.
Ötən dövrdə əhali təsərrüfatlarında 157 yaşayış evi tikilib istifadəyə verilmişdir. Tikilmiş yaşayış evlərinin ümumi sahəsi 15996 m², yaşayış sahəsi 13645 m² olmuşdur. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin dəyəri 4,2 milyonn manatdır. 
İlin ötən dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala 23810 min manatlıq investisiya yönəldilmişdir. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 17398,5 min manat (3,7 dəfə)  çoxdur. Cari dövründə bütün maliyyə mənbələri hesabına 4,9 milyonn manatlıq əsas fondlar istifadəyə verilmişdir.   
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     
                  Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər:

Oğuz rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların  cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Sahibkarlığa özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir.
Respublikada, eləcə də Oğuz rayonunda sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara yetişdirilməsi sahəsində işlər davam etdirilir. Mal-qara və quşların sayı artırılır, rayonda fərdi sahibkarlar tərəfindən yeni inkubasiya sexi quraşdırılmışdır.
Rayonda icra hakimiyyəti tərəfindən formalizm, bürokratizm, korrupsiya, rüşvətxorluq kimi neqativ amillərə qarşı aparılan işlər hesabat dövründə də ciddi şəkildə davam etdirilmişdir.
Rayon ərazisində cəmi 16395  ha taxıl sahəsi biçilmişdir. Bundan  11830 ha  buğda sahəsindən 36299 ton buğda, 4565 ha arpa sahəsindən 13476 ton məhsul əldə edilmişdir.
Keçən ilə nisbətən buğda istehsalı 4571 ton (14,4 %), arpa istehsalı 3380 ton (13,3 %) artmışdır. Buğdanın hər hektardan məhsuldarlığı 30,7 sentner, arpanın məhsuldarlığı 29,5 sentner olmuşdur. Keçən ilə nisbətən buğdanın  məhsuldarlığı hər hektardan məhsuldarlığı 5,9 sentner (23,8 %), arpanın məhsuldarlığı 6,3 sentner (27,2 %) artmışdır.
Rayonda tütünçülüyün, baramaçılığın və qarğadalı bitkisinin əkini ilə əlaqədar  tədbirlər keçirilmiş, təsərrüfatçılığın bu istiqaməti üzrə əhali arasında maarifləndirmə işləri aparılmışdır. Bu il 250 ha tütün bitkisi əkilmişdir. Hesabat dövründə 161,3 ton quru tütün, 1456 ton yaş tütün istehsal olunaraq tütün qəbulu məntəqələrinə təhvil verilmişdir.
2018-ci ilin məhsulu üçün istehsal edilən 275700 kiloqram quru tütünə görə 13785 manat subsidiya istehsalçıların kart hesablarına köçürülmüşdür.
Hesabat ilində ailə kəndli və ev təsərrüfatlarında 77 istehsalçı tərəfindən  5187,7 kq barama istehsal edilmişdir. Bu,keçən ilə nisbətən 2663,7 kq (2,1 dəfə) çoxdur. 24441 manat subsidiya barama istehsalçılarının kart hesablarına köçürülmüşdür.
Dən üçün səpilmiş 52 hektar vələmir sahəsindən 120 ton məhsul istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 4,0% azdır. Hesabat dövründə 222 hektar dən üçün qarğıdalı sahəsindən 1090,3 ton məhsul istehsal edilmişdir. Məhsul istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 31,8% artmışdır. Cari ildə səpilmiş 44 hektar noxud sahəsindən 44 ton məhsul istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 15,8% çoxdur.
Hesabat ilində 297 hektar kartof əkilmiş, həmin sahədən 2991 ton məhsul istehsal edilmişdir. Əvvəlki ilə nisbətən məhsul istehsalı 498 ton (14,3 %) azalmışdır.
6 hektar ərzaq üçün bostan bitkiləri əkilmişdir. Bu sahədən 44 ton məhsul istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı 37,8% azalmışdır.
330 hektar sahədə tərəvəz bitkiləri əkilmişdir. Bu sahələrdən 2859,3 ton tərəvəz istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən tərəvəz istehsalı 1,6% azalmışdır.     
       Hesabat dövründə rayonun təsərrüfatlarında 2947 ton meyvə, 114,6 ton üzüm istehsal edilmişdir.
  Ötən dövrdə rayonun təsərrüfatlarında  3287 ton toxum fondu ayrılmış, 7 hektar sahədə təkrar əkin əkilmişdir. Keçən ilin müvafiq  dövrünə nisbətən təkrar əkinlər 15 hektar (68,2 %), toxum fondu 13 ton (0,4 %) azalmışdır.
Hesabat tarixinə 7905 hektar sahədə şum qaldırılmış, gələn ilin məhsulu üçün 80 hektar dən üçün payızlıq taxıl səpilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən 3190 hektar (67,7 %) şum, 75 hektar (16 dəfə) payızlıq taxıl səpini çoxdur.
01oktyabr 2018-ci il tarixə rayonda iri buynuzlu mal-qaranın sayı 22323 baş olmuşdur. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 8,2% azdır. Rayonda mövcud qoyun və keçilərin sayı 47963 baş olmuşdur. Bu, keçən  ilin müvafiq dövrünə nisbətən 10,7 % azdır.
       1945 ton ət,11448 ton süd, 4125 min ədəd yumurta, 105,2 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 73 ton (3,6 %), süd istehsalı 618 ton (5,1%), yun istehsalı 5,3 ton (4,8 %) azalmış, yumurta istehsalı 233 min ədəd (6,0%) artmışdır.                                             
Hesabat dövründə 5540 nəfər Kənd Təsərrüfatı məhsulları istehsalçılarına 1 milyon 54 min manat subsidiya hesablanaraq vətəndaşların bank hesablarına köçürülmüşdür.
2018-ci ilin 9 ayı ərzində 1053 baş mal – qarada süni mayalanma işləri aparılmış, bu sahədə görülən bütün işlərin elektron uçotu aparılaraq Nazirliyin elektron bazasına yerləşdirilmişdir. Yeni doğulmuş 619 buzova 61900 manat məbləğində subidiya hesablanaraq istehsalçıların bank hesablarına köçülürmüşdür.
2018-ci ilin doqquz ayı ərzində Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət tərəfindən ayrılan 1054008 manat subsidiya rayon üzrə cəmi 5540 nəfər istehsalçının kart hesabına köçürülmüşdür.
Bakı şəhərin  keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında hər həftə və bayam günləri rayonun sahibkarları istehsal etdirkləri məhsulları çıxarırlar.
        
    Əhalinin sosial müdafiəsi məsələləri:

Oğuz rayonunda  01oktyabr 2018-ci il tarixə 44170 nəfər olmuşdur. Əhalinin 22337 nəfərini kişilər, 21833 nəfərini qadınlar təşkil edir.Əhalinin 7416 nəfəri  şəhərdə, 36754 nəfəri kəndlərdə yaşayır.
     2018-ci ilin doqquz ayında 389 körpə doğulmuş, 181 nəfər ölmüşdür. Doğulanların sayı keçən ilin müvafiq dövrünə nisbətən 68 nəfər azalmış, ölənlərin sayı 18 nəfər azalmışdır. 3 nəfər bir yaşa qədər uşaq ölümü olmuşdur. Təbii artım 240 nəfər olmuşdur. Hesabat dövründə 150 nikah qeydə alınmış, boşanmaların sayı 35 vahid olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən nikahlar 44 vahid azalmış, boşanmaların sayı eyni olmuşdur.  . Rayona 57 nəfər gəlmiş, 25 nəfər getmişdir.                                                   
2018-ci ilin doqquz ayı ərzində yerli gəlirlərə dair müəyyən olunmuş 2.129.995 manat proqnoza qarşı büdcəyə 2.317.874 manat vergi, rüsum və sair gəlir daxil olmuşdur ki, bu da proqnozun  108,8% icra olunması deməkdir. Bu 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16.5% çoxdur.       
Fiziki şəxslərin gəlir vergisi üzrə 60,4%, hüquqi  şəxslərin mənfəət vergisi üzrə 58,5%, hüquqi şəxslərdən əmlak vergisi 40,7%, hüquqi şəxslərdən torpaq vergisi üzrə 49,4% və sair daxilolmalar 28,5% və yerinə yetirilmişdir.
2018-ci ilin doqquz ayı üçün yerli xərclərə dair doqquz aylıq proqnoz 4.379.270 manat dürüstləşmiş plana qarşı 3.792.529 manat olmaqla 87% icra olunmuşdur.
  “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc yarımmaddəsi 84%,Təhsil tədbirləri üzrə xərclər  85%, Səhiyyə xərcləri 83%, “Bədən tərbiyəsi və idman təşkili” paraqrafı üzrə xərclər 79,7%, ”Əsas bölmələrə aid edilməyən sair xərclər” bölməsi üzrə xərclər 61% icra olunmuşdur.
2018-cı ilin 9 ayı ərzində Nazirlik yanında Fondun Oğuz rayon şöbəsi üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz 6,7 milyon manat müəyyənləşdirilmişdir. Bunun 6,3 milyon manatı büdcə təşkilatlarının, 424,0 min manatı isə qeyri-büdcə təşkilatlarının payına düşür. Dövr ərzində sığortaedənlərdən 7,4 milyon manat vəsait toplanaraq proqnoz tapşırığa şöbəmiz üzrə 110.4 faiz əməl olunmuşdur. 
2018-cı ilin 9 ayı  ərzində uçotda olan 5885 nəfər pensiyaçıya xidmət olunmuşdur. Hal-hazırda Oğuz rayonu üzrə bir nəfərə düşən orta aylıq pensiya məbləği 189,37 manat təşkil edir. Rayon üzrə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün hər ay orta hesabla 1,1 milyonn manat vəsait tələb olunur.
2018-cı ilin 9 ayı  ərzində sosial müavinət, təqaüd və kompensasiya təyinatı üçün cəmi 53 nəfər müraciət etmişdir ki, onlara da aylıq 4601 manat vəsait ödənilmişdir. Dövr ərzində müxtəlif növdə aylıq sosial müavinət, təqaüd, həmçinin birdəfəlik müavinət alınması  üçün 144 nəfər  vətəndaşın ərizəsinə komissiyada baxılmışdır ki, bunlardan 53 nəfəri aylıq sosial müavinət, 91 nəfəri isə birdəfəlik sosial müavinət alınması üçün müraciət  edən vətəndaşlardır və onların hər birinə müvafiq təyinat aparılaraq, müavinət ödənişləri   təmin edilmişdir. 
          Yaşa görə sosial müavinət cəmi 234 nəfər olmaqla rüb ərzində 26 nəfərinə, müxtəlif səbəblərdən əlilliyə görə sosial müavinət alan 944 nəfərdən 10 nəfərinə,  sağlamlıq imkanları məhdud 358 yaşadək ailənin 363  üzvündən 6 ailənin 6 üzvünə aylıq sosial müavinət cari rübdə təyin olunmuşdur. Bundan başqa, şöbəmizdən 190 nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinət, 7 nəfərə əmək xəsarəti və peşə xəstəliyinə görə kompensasiya və bəzi imtiyazlı şəxslərin uşaqlarına da aylıq müavinət verilir ki, bunlardan 521 nəfər müharibə iştirakçısının 99 nəfər uşağına, 2 nəfər Çernobıl əlilinin 2 uşağına, bir şəhid ailəsinin 1 uşağına, 1 nəfər aztəminatlı ailənin 1 yaşadək 1 uşağına, beşdən çox uşağı olan 20 ailənin 70 uşağına və 1 qəyyum ailəsinə də sosial müavinət ödənilir.
Cari ildə  2 nəfər Qarabağ əlilinə Nazirlik tərəfindən fərdi evin inşasına başlanılmışdır.
Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil növbəsinin uçotu RİH Mənzil komissiyası tərəfindən aparılır. Hal-hazırda 123 nəfər imtiyazlı şəxs mənzil növbəsinə götürülüb.
     2018-ci ilin 9 ayı ərzində  1150 nəfər Mərkəzə müraciət etmiş, onlardan  951 nəfəri  işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Mərkəzdə qeydiyyatda olan 150 nəfər işaxtaran vətəndaş Mənzil istismarı və kommunal təsərrüfatı idarəsinə və 25 nəfər isə “Oğuz-tikinti “ MMC-yə göndərilməklə işlə təmin edilmişlər.
          Hesabat dövründə  münasib  iş olmadığı üçün “Məşğulluq haqqında” qanuna müvafiq olaraq 3 nəfərə işsizlik statusu verilmiş, 6 nəfərə  müavinət təyin edilmişdir. Müvafiq dövrə müavinətin orta aylıq məbləği 192.0 manat olmuşdur. Hal-hazıda Mərkəzdə 01 oktyabr 2018-ci il tarixə 67 nəfər işsiz statusu  almış  vətəndaş   qeydiyyatdadır.
        Mərkəz tərəfindən 16 avqust 2018-ci il tarixdə Oğuz şəhərində “Əmək yarmarkası”keçirmişdir. Tədbirdə 19 dövlət və qeyri dövlət müəssisələrindən 182 vakant iş yeri çıxarılmışdır. 99 nəfərə işə göndəriş məktubu verilmiş və 63 nəfər işlə təmin edilmişdir. Hər il bu tədbir nəticəsində 50-60 nəfər işaxtaran vətəndaş münasib işlə təmin olunur. Bu il də  işlə əlaqədar müraciət edənlərdən 63 nəfəri işlə təmin edilmişdir.
     Oğuz TQK tərəfindən cari ilin ilin 9 ayı ərzində rayon üzrə əhali, idarə və müəssisələrə 464.3 min manat həcmində rabitə xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin 9 ayı ilə müqayisədə 35,1 min manat çoxdur. Əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 411,4 min manat təşkil etmişdir. 2018–ci ilin 9 ayı ərzində 41 telefon artımı olmuş, yüksəksürətli internetə qoşulanların sayı 530 nəfər artmışdır. Hazırda rayon üzrə yüksəksürətli internetə qoşulanların sayı 3147 nəfər təşkil edir ki, bu da ümumi abunəçilərin 48,5 faizi deməkdir.
     2018–ci ilin 9 ayı ərzində qovşaqda hər 100 ailəyə düşən ADSL istifadəçilərinin sayı 34,5 ədədə, hər 100 ailəyə düşən telefonların sayı isə 71,1 ədədə çatdırılmışdır.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol  oynayan  aparıcı  sahələrdən biri  poçt rabitəsidir. Hesabat  ilində  Oğuz Poçtamt 1 müştəri xidmətlər bölməsi  və 16 kənd poçt şöbəsi fəaliyyət göstərib. Oğuz Poçt Filialı 2018-ci ilin 9 ayı ərzində əhali, idarə və müəssisələrə 124,1 min manat həcmində poçt və bank-maliyyə xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13,7 min manat azdır Göstərilən xidmətlərin 103,9 min manatı əhali sektorunun payına düşür.
Oğuz Mənzil İstismar və Kommunal  Təsərrüfatı idarəsi şəhərin küçələrinin və parklarının sanitar təmizliyinə‚ yaşıllığına‚ abadlığına, işıqlanmasına, əhaliyə, kommersiya  mağazalarına  və büdcə təşkilatlarına  müqavilə ilə kommunal xidmətləri göstərir.
2018-ci ilin 9 ayı ərzində  25 idarə və təşkilatlarla,  210  sahibkarlıq və kommersiya obyektləri , 1135  fərdi təsərrüfat , ictimai yaşayış massivləri üzrə 357 olmaqla, cəmi 1727 sayda müqavilə bağlanmışdır.Bağlanmış müqavilələrə əsasən yığıma 73 % əməl olunub.
           Rayona verilən Elektrik enerjisindən 48,5 milyon Kv/saat faydalı sərfiyyat olub. Əhaliyə 10,46 mln Kv/saat—735,6 min manat dəyərində Elektrik enerjisi satılıb. Ödəniş 784,0 min manat—107% olub.  Xırda fasilələr nəzərə alınmasaq Elektrik təchizatında problem olmamışdır.
Rayona verilən təbii qazdan 6,4 milyon kub faydalı sərfiyyat olub. Yerli əhaliyə 6,1  milyon kub—679,3 min manat dəyərində təbii qaz satılıb. Ödəniş 800,1 min manat—118% olub.  Xırda fasilələr nəzərə alınmasaq təbii qaz təchizatında problem olmamışdır.
Rayona verilən İçməli suyun 0,63 milyon kub əhaliyə satılıb. Yerli əhaliy 0,63 milyon kub — 189,56 min manat dəyərində içməli su satılıb. Ödəniş 153,65 81,0% olub.  Xırda fasilələr nəzərə alınmasaq içməli su təchizatında problem olmamışdır.
Bu sahədə rayonda görüləcək işlər çoxdur. Ev təsərrüfatlarının 73,5%-i qaz, 40,5 %-i su xətlərinə qoşulmuşdur. Rayonun 8 yaşayış məntəqəsinin qazlaşmaya, 8 yaşayış məntəqəsinin içməli su problemi qalmışdır. Problemlərin həlli ilə bağlı aidiyyəti üzrə tərəfimizdən müraciət olunub. 
     Rayon ərazisində fəaliyyət göstərən tikinti müəssisələr tərəfindən 385,4 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 59,0 min manat (13,3 %) azdır. Tikinti-quraşdırma işlərinin 359,2 min manatı (93,2 %) əsaslı təmir, 26,2 min manatı (6,8 %) cari təmir işlərdir.
     İlin ötən dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala 23810 min manatlıq in-vestisiya yönəldilmişdir. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 17398,5 min manat (3,7 dəfə)  çoxdur. İnvestisiyaların 18528,1 min manatı (77,8 %) istehsal təyinatlı, 5281,9 min manatı (22,2 %) qeyri-istehsal təyinatlı obyektlərin inşasına istifadə edilmişdir. İnvestisiyadan 23560,3 min manat (98,9 %) tikinti-quraşdırma işlərinə sərf edilmişdır.

                    Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələri:

Artıq elə bir sürətlə dəyişən dövrdə yaşayırıq ki, təhsil sahəsində atılan addımlar müasir tələblərlə deyil, gələcəyin perspektivləri üzərində köklənir və kəmiyyətə deyil, keyfiyyətə istiqamətlənir.
          Təhsil hər bir dövlətin inkişaf strategiyasını müəyyənləşdirməklə yanaşı, hər bir vətəndaşın taleyində müstəsna rol oynayan strateji sahədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.
          Azərbaycan təhsili tarixində ilk dəfə olaraq 2018-ci ildə təhsilə ayrılan xərclər 2 milyard manat həddini  keçmişdir.
Bu günlərdə şəhər 3№-li  məktəb-liseyin direktor müavini  İmarət Aşurovanın “Tərəqqi” medalı ilə, 3 müəllimin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2 müəllimin Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə  təltif olunmaları,  ötən dövr ərzində fənn olimpiadalarının respublika mərhələsində  6 məktəblimizin qalib gəlməsi, 2 məzunun qızının qızıl medalla təltif olunması əldə edilən ən böyük nailiyyətlərdəndir.
2005-2017-ci illərdə rayonda 3760 yerlik 20 yeni məktəb binası, həmçinin Yemişənli, Qarabaldır kəndlərinin hər birində 8 otaqlı və Xalxalqışlaq kəndində 4 otaqlı modul tipli yeni tədris binaları,  Oğuz şəhərində 115 yerlik yeni uşaq bağçası istifadəyə verilmiş, şəhər 1və 2 nömrəli, Çaldaş kənd tam orta məktəbləri, Kərimli, Padar, Yenikənd körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir olunmuşdur. Padar kənd tam orta məktəbində bərpa-gücləndirmə və əsaslı işləri  davam etdirilir.Yaxın günlərdə Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin Sərəncamı ilə rayonun Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq  kəndlərində modul tipli yeni məktəblərin inşasına başlanılması planlaşdırılır,  həmçinin  Oğuz şəhərində  yeni tikilən   körpələr evi evi-uşaq bağçasında son tamamlama işləri aparılır. Cari dərs ilində rayonun Bayan, Kərimli, Tərkeş kənd tam orta məktəblərində  təmir işləri aparılmışdır.
Son iki il ərzində rayonun ümumtəhsil məktəblərinə  respublika Təhsil Nazirliyi xətti ilə  7 kompyuter, 82 noutbuk, 13 elektron lövhə verilmişdir.   Rayon Təhsil Şöbəsinə  sürətli internet xətti  çəkilmişdir.  Bu gün təhsil müəssisələrimizdə mövcud olan 330 ədəd kompyuter, 140 ədəd noutbuk, 11 ədəd  elektron lövhə və 46 ədəd proyektor innovativ təlim metodlarından fəal istifadə sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amilə çevrilməkdədir.  Rayon üzrə şagird-kompyuter nisbəti  8/1-ə yüksəlmişdir.
Yeni dərs ilində rayonun 26 ümumtəhsil məktəbində  31 məktəbəhazırlıq qrupuna 426 nəfər uşaq cəlb olunmuşdur ki, bu da rayon üzrə beşyaşlıların 75 faizi deməkdir. 
2018-2019-cu dərs ilində Oğuz rayonunda 34 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən dərs ilinin əvvəlində 417 sinif komplektində və həmçinin hazırlıq sinifləri də daxil olmaqla 6180 nəfər şagird təhsilə cəlb olunmuşdur.     Rayon üzrə müəlimlərin orta dərs yükü 15,5 saat təşkil edir. 
       Artıq ikinci ildir ki, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 100 ballıq sistemlə qiymətləndirilir. Bu il buraxılış imtahanlarında yalnız  Ana dili fənni üzrə 32 məktəbdən  31-nin, riyaziyyat fənni üzrə isə  32 məktəbdən 27-nin 0-30 baldan yüksək nəticə göstərmələri müsbət hal kimi qiymətləndirilməlidir. Bu il  buraxılış imtahanlarında 32 məktəbdən 20-sinin 70-100 bal arası nəticələrinin əvvəlki illə müqayisədə  yaxşılaşdırması  eyni zamanda gələcək uğurlarımızin təməlidir.
        Son illər Oğuz məktəblərinin məzunlarının  respublikanın ali məktəblərinə qəbul imtahanlarında əldə etdikləri keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.     Bu il respublikanın ali məktəblərinə 195 nəfər Oğuzlu gənc daxil olmuşdur ki, onların da 176 nəfəri 2018-ci ilin məzunudur. Məzunlardan 10 nəfəri 600-dən çox bal toplamışdır. Qəbul imtahanlarında məzunların ali məktəb səviyyəsinə çatdırılması keçən illə müqayisədə  2,7 faiz artaraq 39,3 faizə çatmışdır.
        Respublikanın ali məktəblərinə qəbul planlarında ödənişsiz ixtisaslar 20 faizdən də az yer tutsa da, bu il tələbə adını qazanan abituriyentlərimizin 47,8 faizinin ödənişsiz ixtisaslara daxil olmaq imkanı əldə etməsi, həmçinin onların 94,4 faizinin dövlət ali məktəblərinə üstünlük verməsi gənclərin peşəyönümünə daha məsuliyyətlə yanaşdıqlarını əks etdirir. 
          Oğuz rayonunun təhsil işçiləri inkişafımızın müasir mərhələsində qarşıda duran vəzifələrin məsuliyyətini tamamilə dərk edir və bu vəzifələrin yüksək səviyyədə icrasına gələcəkdə də ciddi səy göstərəcəklər.  
2018-ci ilin doqquz ayında rayonun tibb müəssisələrində  66-həkim,  255 -orta tibb işçisi və     230-a yaxın sair işçilər fəaliyyət göstərirlər. Rayon üzrə stasionar çarpayıların sayı  106 çarpayı təşkil edir. Bunlardan  91-i şəhər,  15-i isə Xaşmaz kənd sahə xəstəxanasının payına düşür. Bundan əlavə kəndlərdə  8 kənd  həkim məntəqəsi, 19 tibb məntəqəsi fəaliyyət göstərir.
         2018-ci ilin doqquz ayı ərzində rayonun ambulator – poliklinika müəssisələrinə  167413 müraciət olunmuşdur.   Təcili yardım şöbəsi tərəfindən 1515 çağırış qeydə alınmış.
       2018-ci ilin doqquz ayı ərzində  Mərkəzi  Rayon   Xəstəxanasının      cərrahiyyə şöbəsində  244 cərrahi əməliyyat aparılmışdır. 
        2018-ci ilin doqquz ayı  ərzində  Dövlət proqramında nəzərdə tutulmuş yaş qruplarına görə qeydiyyatda olan uşaq kontingentinin Elektron sağlamlıq kartı ilə təminatı üçün aparılan işlər davam etdirilmişdir. Belə ki, 2006-2018 –ci il təvəllüdlü uşaqların kartla təminatı işi süətləndirilmiş,görülən müvafiq tədbirlər nəticəsində bu göstərici 87% təşkil edir. Uşaqların kartla təminatı ciddi nəzarət altında davam etdirilməkdədir.
        2018-ci ilin  doqquz ayı ərzində çarpayı fondu 106 olmaqla stasionarlarda 1463 xəstə müalicə almışdır. 20505 çarpayı günü keçirilmişdir. Stasionarda müalicə alan xəstələr 120 sayda dərman preparatları, 25  sayda tibbi ləvazimatlar və köməkçi materiallarla  təmin olunurlar.
        Əhalinin sağlamlığının qorunması məqsədi ilə təstiq olunmuş Dövlət proqramı ilə əlaqədar tədbirlər planı çərçivəsində 2018-ci ilin doqquz ayı        ərzində də Şəkərli diabet, Xroniki böyrək çatmamazlığı, Vərəm, Onkoloji, Talassemiya, Hemofiliya kimi xəstəliklərin aşkarlanması, qeydiyyatı və müalicəsi işinə diqqət artırılmışdır.
       2018-ci ilin doqquz ayı  ərzində   xüsusi təhlükəli infeksion xəstəliklər qeydiyyata alınmamışdır.    
Göstərilən uğurlarla, görülən işlərlə yanaşı bir sıra problemlər də mövcuddur Belə ki, on minə yaxın əhaliyə tibbi xidmət göstərən Xaçmaz kənd sahə xəstəxanasının  binasının əsaslı təmiri yarımçıq qalmışdır.
      Kənd əhalisinə tibbi xidmət göstərən əksər tibb məntəqələrinin –Qumlaq , Zərrab, Bayan, Yaqublu, Bucaq tibb məntəqələri istisna olmaqla əsaslı təmirə ehtiyacı vardır. Həmçinin demək olar ki , əksər tibb məntəqələrində elektrik, istilik və su problemləri mövcuddur. Malıx və Daşüz yaşayış məntəqələrində tibb məntəqələrinin tikintisi vacib məsələlərdəndir. Rayon üzrə 29 ştat həkimə ehtiyac vardır.
Hazırda Şəki Regional Mədəniyyət  İdarəsinin Oğuz nümayəndəliyində Mədəniyyət Mərkəzi və onun 20 filialı ,MKS və onun 23 filialı,Uşaq Musiqi Məktəbi,Tarix Diyarşunaslıq Muzeyi və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.
   İlin 9 ayı ərzində  rayonda fəaliyyət göstərən mədəniyyət müəsssələri tərəfindən əhalinin asudə vaxtının təşkili, tarixi günlərin və bayramların keçirilməsi ilə əlaqdar xeyli işlər görülmüşdür.
   Gənclər günü,8 Mart Qadınlar bayram,Qələbə günü, Milli Qurtuluş günü, Milli ordu günü ilə əlaqədar tədbirlər keçirilmiş, Novruz şənlikləri təşkil edilmişdir. 
  Rayonun mədəniyyət müsəssisələrində 20 Yanvar və Xocalı faciələrinin ildönümü eləcə də,Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar ədəbi-bədii kompozisiyalar təşkil edilmişdir.
  Bu ilin “Xalq Cümhuriyyəti ili” elan olunması ilə əlaqədar mədəniyyət müəssisələrində müxtəlif ədəbi-bədii kompozısıyalar təşkil olunmuş, konsertlər verilmişdir.Mədəniyyət müəssisələrində Ümummilli lider H.Əliyevin 95 illiyi ilə əlaqədar silsilə tədbirlər və konsertlər təşkil edilmişdir.
      Hazırda rayonun mədəniyyət müəssislərində 35 bədii özfəaliyyət kollektivi 22 pullu dərnək fəaliyyət göstərir. Pullu dərnəklərdən il ərzində 3200 manat vəsaitin qazanılması gözlənilir.
      Mərkəzləşdirilmiş kitabxana sistemində fondların komplektləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.Hal hazırda MKS-nin fondu 170328 nüsxədir. Mərkəzi kitabxanada ilin ötən dövrü ərzində bir sıra yadda qalan tədbirlər keçirilmişdir.
Oğuz rayon Heydər Əliyev Mərkəzində 2018-ci ilin 9 ayı ərzində eksponat sayı 590 olmuşdur. Muzeyə daxil olan bütün əşyaların qeydiyyatı əsas və köməkçi  inventar kitablarının işlənməsi ilə aparılır. Mərkəzdə eksponatların Mədəniyyət və Turizm Nazirlliyi tərəfindən yaradılmış Əşyaların daimi mühafizə üçün daxilolma portalına yerləşdirilməsi aparılır.
   2018-ci ilin ötən dövrü ərzində  Mərkəzdə bir sıra tədbirlər keçirilmişdir. Bu tədbirlərdən  “Tariximizin qəhrəmanlıq səhifəsidir” adlı  dəyirmi masa,“Ana dilimizi sevək, qoruyaq” adlı tədbir, “Xocalı soyqırımını unutma” adlı  dəyirmi masa,Oğuz şəhər 3 saylı məktəb liseyin 6 və 8-ci sinif şagirdləri üçün “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi”nə həsr edilmiş tematik dərs, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar “Şərqdə ilk demokratik respublika” adlı tədbirlər keçirilmiş və mövzu ilə əlaqədar videoçarxlar  nümayiş etdirilmişdir.
   Mərkəzdə təşkil edilən bütün tədbirlərdə mövzu ilə əlaqədar bukletlər hazırlanmış,  sərgilər təşkil edilmişdir.
Hesabat dövrü ərzində Oğuz rayon Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi yaradılmış, dərnək lazimi avadanlıqlarla təchiz edilmişdir.
     Oğuz rayon  tarix-diyarşünaslıq  muzeyi  1981-ci  ildən  fəaliyyət  göstərir.  Fəaliyyətə  başladığı  ilk  illərdə  əsas  fondunda  cəmi  200 eksponat  olmuş,  hal-hazırda  muzeydə  4422- dan  artıq  eksponat  qorunur  və  təbliğ  olunur.  Hesabat dövründə  12  yeni əşya  toplanmış,  bu  iş  ilin sonuna  qədər  də  davam  etdiriləcəkdir. 
        Bugün rayonun mədəniyyət müəssisələrində bir sıra problemlər də mövcuddur.Turizm bölgəsi olduğu üçün Oğuzda yeni Tarix Diyarşunaslıq muzeyinin tikilməsinə ehtiyac vardır.Rayonda inşa edilən H.Əliyev Mərkəzində tikinti işlərinin başa çatdırılması vacibdir. Rayondakı 5 klubun,4 kitabxananın təmirə ehtiyacı vardır.
     Oğuz artıq Respublikamızda turizm bölgəsi kimi tanınmaqdadır.Yaxşı hal kimi qeyd olunmalıdır ki,rayonumuz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm maşurutuna daxil edilmişdir.Hazırda rayonumuzda 32-dən çox turizm və ailəvi istirahət mərkəzləri fəaliyyət göstərir.
     2017-ci ilin ötən dövründə Oğuza  16500 nəfərdən çox turist gəlmişdir.Bunlardan 1100 nəfəri xarici turist olmuşdur.
Oğuz Rayon Gənclər və İdman İdarəsi “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq-gənc nəslin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, gənclərin sahibkarlıq fəaliyyərinin dəstəklənməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması istiqamətində vəzifələrinin yerinə yetirirlər.
Oğuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2018-ci ilin 9 ayı ərzində gənclərlə iş, təşkilati məsələlər və idman sahəsi üzrə 85 ( səksən beş) tədbir həyata keçirilmiş və bu tədbirdə 10900 (on min doqquz yüz) nəfərə yaxın uşaq, yeniyetmə və gənc iştirakçı iştirak etmişdir.
     Zona və respublika əhəmiyyətli yarışlarda idmançılarımızın iştirakı yüksək səviyyədə təmin olunmuşdur. 2018-ci ilin 9 ayı ərzində rayondan kənarda idman sahəsi üzrə 18 (on səkkiz) yarış keçirilmiş, bu yarışlarda 201(iki yüz bir) nəfər iştirakçımız təmsil olunmuşdur. Ümumilikdə idmançılarımız 2018-ci ilin 9 ayında respublika əhəmiyyətli yarışlarda fərdi və komanda şəklində  7 dəfə  I yerə, 9 dəfə II, 6 dəfə isə III yerə laiq  görülüblər.
     Oğuz Rayon Gənclər və İdman İdarəsi istedadlı gənclərə və potensiallı idmançılara Respublika tədbirlərində və zona yarışlarında öz qüvvələrini sınamağa imkan yaradaraq və gələcəkdə idarənin işinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü müddəlara uyğun olaraq daha keyfiyyətli aparılması üçün bütün imkanlardan istifadə etməlidir.
        
   
           6. Bələdiyyə orqanları ilə  aparılan iş:

2018-ci ilin doqquz ayında Regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nın icrasına yerli məsələlərin həllində Bələdiyyələr tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Rayonda 1 şəhər, 14 kənd Bələdiyyələri Milli Assosiasiyaları ilə qarşılıqlı səmərəli fəaliyyətinin qurulmasına nail olmuşlar.
Rayon bələdiyyələri tərəfindən hesabat dövründə yerli əhəmiyyətli məsələlərin həllində, o cümlədən, “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində bir sıra işlər görülmüşdür.
Azərbaycan Kənd İnvestisiya layihəsi Çərçivəsində Bayan kəndinin qəbiristanlığının ətraf hissəsi hasara alınmış, yeni su xətti çəkilmiş, abadlıq işləri aparılmışdır. Kənd daxili 10 (on) km uzunluğunda olan yol yenidən təmir olunmuş, 7-ədəd su keçidi, 2-ədəd dayanacaq quraşdırılmışdır.
Qumlaq Bələdiyyəsi tərəfindən Şirvanlı kənd uşaq bağçasında təmir işləri aparılmışdır.
Filfili kəndində içməli su xətti təmir olunmuşdur.
Padar kənd Bələdiyyəsi tərəfindən kəndin mərkəzi küçəsində 60 m uzunluğunda mişar daşından hasar çəkilmiş, abadlıq işləri aparılmışdır.
Astraxanovka və Vladimirovka kəndlərində 25 km, Qarabulaq kəndində 5-km kənd daxili yola qum-çınqıl tökülərək təmir işləri aoarılmışdır. 21-nəfər imkansız və şəhid ailələrinə maddi yardımlar edilmişdir.
Muxas kəndində Yaponiya səfirliyinin dəstəyi ilə yeni, müasir tələblərə cavab verən 10-otaqdan ibarət tibb məntəqəsinin tikintisi başa çatmışdır.
Calut Bələdiyyəsi tərəfindən 3-km uzunluğunda kənd daxili yola qum-çınqıl tökülərək təmir olunmuşdur.
Baş Daşağıl Bələdiyyəsi tərəfindən kəndin içməli su xətlərində təmir işləri aparılmış, su keçidləri dəyişdirilmişdir.
Yaqublu Bələdiyyəsi tərəfindən Bələdiyyə binasının ətrafında abadlıq işləri aparılmış, istinad hasarları təzələnmişdir.
Yaqublu kəndində iş adamı tərəfindən kənd qəbiristanlığının ətrafında abadlıq işləri aparılmışdır.
Yenikənd kəndində əhalinin və mal-qaranın içməli su problemi aradan qaldırılmışdır. Kəndlərdə kənd daxili yollarda təmir işləri aparılmışdır.
Bələdiyyə sədrləri və üzvləri fəaliyyətlərində buraxılmış nöqsanları təhlil etməli, vergilərin toplanması işinə daha ciddi yanaşmalı, ərazidəki problemlərin həllində bələdiyyələrin və yerli İcra Hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflərlə çıxış etməlidirlər.

      7. Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili:

Oğuz rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan ərizə, təklif və şikayətlərə “Vətəndaşların müraciətləribə baxılması qaydaları haqqında” AR Qanununun tələblərinə uyğun baxılır.
RİH-nə 2018-ci doqquz ayında 447 müraciət daxil olmuşdur. Bu ötən ilin müvafiq dövründən 14 ədəd azdır. Müraciətlərin 45-ı şikayətdir. Daxil olanlardan müraciətlərin 118-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 7-i AR Milli Məclisindən, 17-i Azərbaycan Respublikası Nazirlər Kabinetindən, 30-u Respublikanın digər təşkilatlarından və 275-i rayon əhalisindəndir. Daxil olan ərizələrin 176-ı müsbət həll olunub, 6-ı qismən həll olunub, 213-ü müvafiq izahat verilib, 3-ü əsassız sayılib, 6-nın icrası Dövlət Proqramlarında nəzərdə tutulub, 25-i baxılmaq üçün aidiyyəti üzrə göndərilib, 2-i baxılmamış saxlanılıb. Ərizə və şikayətlərin 49-na nəzarət qaydasında baxılıb. Müraciətlərə hər biri nəzərdə tutulmuş müddətdə həll edilmiş, müddət pozuntusuna yol verilməmişdir. Mürəkkəb xarakterli ərizə və şikayətlərin həlli ilə bağlı isə müddətin artırılması barədə müvafiq icraçılar tərəfindən müraciətlər edilməklə müddətin artırılması təmin edilmişdir.
Daxil olan müraiətlərdən torpaq məsələləri ilə 84 ədəd, Mənzil və tikinti məsələləri ilə bağlı 52 ədəd, Sosial müdafiə məsələləri 148 ədəd, təbii qaz, içməli su, elektrik enerjisi təchizatı ilə bağlı 19 ədəd, RİH-nin fəaliyyəti ilə bağlı 27 ədəd  olmuşdur. 
Ötən dövrdə müraciətlərin artmasının əsas səbəbi ilə nisbətən artımın əsas səbəbi Maddi yardımla bağlı 96 müraciətin, Torpaq icarəsi ilə bağlı 84 müraciətin, Mənzil təminatı ilə bağlı 52 müraciətin olması. Bundan başqa vətəndaşları müraciətlərinə əsaslandırılmış dolğun cavab verilməsinə baxmayaraq onlar eyni məzmunda dəfələrlə müraciət edirlər. Belə ki, Oğuz şəhərindən Afət 6 dəfə, Padar kəndindən Məmmədəliyev Şərif 5 dəfə, Bakı şəhərindən Əzizova Vahidə 5 dəfə, Kərimli kəndində məskunlaşan məcburi köçkü Həşimov Tehran 4 dəfə, Böyük Söyüdlü kəndindən İbrahimov Çingiz 4  dəfə eyni məzmunlu müraciətlər etmişlər. 
Bütün bu problemlər diqqətlə araşdırılmış, müvafiq tədbirlər görülmüş və bu barədə vətəndaşlara məlumat verilmişdir. 
2018-ci ilin doqquz ayında rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 74 qəbul keçirilib qəbullarda 349 nəfəri tələb və təkliflə çıxış etmişdir.
Hesabat dövründə rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən həftədə bir dəfə olmaqla ayrı-ayrı kəndlərdə 37 səyyar qəbul keçirilmiş, vətəndaşlar tərəfindən 145-müraciət olunmuşdur. Həmin müraciətlərin 30-u prioritet təşkil edir.
Ümumilikdə keçirilən səyyar qəbullarda 4015 nəfər vətəndaş iştirak etmişdir. Keçirilən səyyar qəbul görüşlərdə insanları narahat edən bir çox problemlər operativ qaydada həll olunmuş, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Dövlətinin hər daim öz vətəndaşlarının qayğılarını diqqətdə saxlayaraq onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün tədbirlərin görüldüyü bildirilmişdir. Vətəndaşlar tərəfindən irəli sürülən 158 tənqidi qeyd və təkliflərin  56 %-nin icrası təmin edilmiş, 22 %-i icrası davam edir, 7%-nin icrası nəzarətə götürülüb,  15%-nin icrası RİH-nin səlahiyyətlrinə aid deyil.
Vətəndaşların müraciətlərinə daha mütəşəkkil baxılması məqsədi ilə AR Prezident Administrasiyasının təşəbbüsü ilə elektron informasiya sisteminə qoşulub. Bu məqsədlə xüsusi otaq və istifadəçilər ayrılıb. 
           
Hörmətli iclas iştirakçıları!
         Oğuz Rayon İcra Hakimiyyəti səlahiyyətləri daxilində 2018-ci ilin 9 ayında  görülmüş işlər, həyata keçirilən tədbirlər, yol verilmiş nöqsanlar və qarşıya çıxan problemlər haqqında hesabat verdim. Qarşıdakı dövrdə görəcəyimiz işlərdə Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar bizim üçün prioritet olmalıdır;
--Sahibkarlığın inkişafına dəstək verilməlidir. Azad sahibkarlığın, azad rəqabətin inkişafı şərait yaratmaq. İş adamlarına kreditlərin verilməsi üçün müvafiq köməklik göstərilməli, onların hüquqları qorunmalıdır.
-- Rayonda , həm iri, həm kiçik sahibkar  tərəfindən Vergidən yayınmaya son qoyulmalıdır. Bu sahədə hamı vergi orqanlarına yardımçı olmalıdır.
-- Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarından səmərəli, təyinatına uyğun istifadə ounmalı, əkin təyinatlı torpaqlarının sahəsi artırılmalıdır. Əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondundan istifadə edərək istehsalın həcmini artırmaq.  Eyni zamanda, kənd təsərrüfatının ekstensiv inkişafı ilə bağlı təbliğat işini gücləndirmək.

-- Taxılçılıqla məşğul olan İri fermer təsərrüfatlarının yaradılması istiqamətində təbliğat işini gücləndirmək. Mövcud əkin sahəsindən daha çox məhsul əldə etmək üçün tədbirlər görmək.
-- Rayon üçün ənənəvi sahələrdən biri olan üzümçülüyə diqqəti artırmalı, mövcud bağlara aqrotexniki qulluq olunmalı, yeni üzüm bağlarının salınması ilə bağlı tədbirlər görülməlidir.
-- Rayon üçün ənənəvi sahələrdən biri olan tütünçülüyün inkişafına xüsusi diqqət verilməli. 2019-cu ilin məhsulu üçün tütün sahələrinin daha da artırılmasına nail olmaq.
-- Rayonda baramaçılıq inkişaf etdirilməsi və yeni çəkil bağlarının salınması ilə bağlı aidiyyəti təşkilatlar tərəfindən tədbirlət planı hazırlanmalıdır. Bu sahədə məhsulistehsalının artırılmasına nail olunmalıdır.
-- Rayonda fındıqçılığı çox ciddi şəkildə inkişaf etdirilməsi üçün tədbirlər görməli. Yeni salınan fındıq bağlarının sahəsinin 2000 ha çatması üçün müvafiq tədbirlər görmək. 
-- Meşələrin qanunsuz kəsilməsi hallarına son qoyulmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan istər dövlət mülkiyyətində, istərsə də xüsusi mülkiyyətdə olan sahələrdə ağacların kəsilməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.
-- Qanunsuz tikililərin qarşısı alınmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan rayon ərazisində tikinti işi aparmasının qarşısı alınmalıdır. Bu sahəyə Baş memarın və aidiyyəti orqanların diqqəti daha da artırılmalıdırlar.
-- Rayonda sərnişindaşıma  ilə məşğul olan sahibkarlar bu sahəyə diqqəti artırmalıdır. Oğuz şəhərində və kəndlərə işləyən nəqliyyat vasitələrinin texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. İstismara yararsız texnikaların şəhərdə işləməsi yolverilməzdir. Bu sahəyə RİH Hüquq şöbəsi və aidiyyəti orqanların diqqəti daha da artırılmalıdırlar.
-- Şəhərin sanitar təmizliyinə, məişət tullantılarının daşınması, şəhər ətrafı ərazilərin təmizlənməsi işini daha da canlandırmaq, bu sahəyə RİH Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və aidiyyəti orqanların diqqəti daha da artırılmalıdırlar.
-- Gələn il qəbul edəcək dördüncü regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının layıhəsinə rayonda həlli vacib olunan məsələlərin salınması üçün yerlərdə olan problemlər öyrəniməlidir. Bu işin təşkili RİH Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və aidiyyəti orqanların rəhbərlərinə tapşırılır.
İcazə verin Ümummilli lider H. Əliyevin iqtisadi və siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, Azərbaycanın əksər dünya dövlətləri tərəfindən etiraf olunan böyük nailiyyətlərə imza atmasını təmin edən, ölkəmizi, xalqımızı xoşbəxtliyə, firavan gələcəyə aparan cənab İlham Əliyevə oğuzlular adından dərin minnətdarlığımızı  bildirim.
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirəm ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan  geniş quruculuq işləri 2018-ci ililin dördüncü rübündə də davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan (2014-2018-ci illər), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfərləri zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunacaqdır. 

Keçidlər