Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

2018-ci ilin l rübündə Qğuz rayonunun sosiala-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Rayon İcra Hakimiyyətinin başçısının hesabatı

20 aprel 2018 | 16:00

2018-ci ilin l rübündə Qğuz rayonunun sosiala-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun
H e s a b a t ı

  Hörmətli iclas iştirakçıları!

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin l rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin iclasda nitqlərindən məlum oldu ki, “2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun.
Bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir. Xüsusi ilə VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forum qısa müddət ərzində dünya miqyasında böyük hörmət qazanmış bir beynəlxalq platformadır. Dünyada keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq Forumu qısa müddət ərzində öz layiqli yerini tuta bilmişdir.
Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir. Bu səfərlər də ölkəmizin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynayır.
Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə olaraq regional əməkdaşlıq çərçivəsində qonşularımızla dördtərəfli əməkdaşlıq formatına start verildi. Ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu, çox önəmli beynəlxalq tədbirdir.
Bu il Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdir. Bu təlimlər bir daha bizim gücümüzü göstərdi, düşməni qorxuya saldı. Bilirik ki, bir neçə gün ərzində onlar panika içərisində idilər, səbirsizliklə gözləyirdilər ki, bu təlimlər başa çatsın.
Möhtərəm Prezidentinin göstərdiyi kimi: “ Əlbəttə, mən dəfələrlə demişəm, biz öz istəyimizə nail olmaq üçün daha da güclü olmalıyıq. Ermənistandan fərqli olaraq biz öz hesabımıza yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Əlbəttə, belə olan halda iqtisadi siyasət ön plana çıxır. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır”
2018-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır.
Qeyd etdilməlidir ki, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur.
Xarici ticarət dövriyyəmiz 31 faiz artmışdır.
Birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Artıq 1 milyon 500 min iş yerinin yaradılmasına yaxınlaşırıq.
İnflyasiya birinci rübdə cəmi 4 faiz olmuşdur.


2. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası  istiqamətində görülən işlər:

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 27 fevral tarixli 118 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) qəbul edilmişdir. Qəbul ounmuş Dövlət Proqramına Oğuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 13 maddə daxil edilmişdir.
       Rayonda südlük və ətlik istiqamətli cins mal-qara yetişdirilməsi işləri davam etdirilir. Mal-qaranın süni mayalandırılması işi təşkil edilmiş, hesabat dövründə 305 baş buzov alınmışdır. Aqrolizinq ASC-nin Oğuz Aqroservis filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.
      Yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri və körpülə-rin tikintisini davam etdirmək üçün 2018-ci ildə görüləcək işlərin tədbirlər planı hazırlanıb. Baş Daşağıl kənd, Oğuz-Xaldan yollarına qum-çınqıl döşənir, hər iki yolda işlər davam etdirilir.
       2018-ci ildə Xaçmaz, Sincan, Dəymədağlı, Tərkeş kəndlərində tütün əkini ilə əlaqədar yeni suvarma arxları qazılmışdır. 
       2018-ci ilin I rübü  Oğuz şəhərində abadlıq işləri ilə əlaqədar şəhərin 6 küçəsində səkilərdə 827 m³ qum-çinqıl qatının hazırlanması, 3615m beton səki daşlarının düzülməsi və 4136 m² sahədə tomet tavaların döşənməsi üzrə smeta sənədləri hazırlanmış və işlərə başlanılmışdır.
       Həmçinin şəhərin 10 küçəsində  asfalt-beton örtüyün salınması üzrə smeta sənədləri hazırlanmış, tikinti işlərinə başlanılmışdır.
       Hesabat dövründə rayonda açılmış 49 yeni iş yerlərindən hamısı daimi olmuş, onlardan 2-i mövcud müəssisə və təşkilatlarda, 47-i fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılmışdır.

3. Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər:

2018-ci ilin I rübü ərzində barama qurdunun yetişdirilməsi üçün bir sıra işlər görülmüşdür. Cari ildə tərəfindən 8000 kq –a yaxın xam baramanın istehsalı nəzərdə tutulmuşdur.
Rüb ərzində tütün əkininə görə  13785 manat subsidiya hesablanaraq vətəndaşların bank hesablarına köçürülmüşdür.
Bu il 250 ha tütün əkini aparılacaqdır.

 

       
4. Əhalinin sosial müdafiəsi məsələləri:

       2018-ci ilin birinci rübündə 135 doğulmuş, 48 nəfər ölmüşdür. Hesabat dövründə 25 nikah qeydə alınmışdır. Rayonda boşanmaların sayı 5 vahid olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən nikahlar 14 vahid, boşanmalar 3 vahid azalmışdır. Rayona 22 nəfər gəlmiş, 15 nəfər getmişdir.
2018-ci ilin üç ayı ərzində yerli gəlirlərə dair müəyyən olunmuş 568,9 min manat proqnoza qarşı büdcəyə 603,8 min manat vergi, rüsum və sair gəlir daxil olmuşdur ki, bu da proqnozun  106,1% icra olunması deməkdir.
2018-ci ilin birinci rübündə  ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon şöbəsi tərəfindən 5980 nəfər pensiyaçıya xidmət olunmuşdur. Onlardan da 3720 nəfəri yaşa görə, 1983 nəfəri əlilliyə görə, 277 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Rayon üzrə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün hər ay orta hesabla 1,1 milyon manat vəsait tələb olunur.
2018-cı ilin I rübü  ərzində sosial müavinət, təqaüd və kompensasiya  alan cəmi 2175 nəfər olmuşdur ki, onlara da aylıq 178.1 min manat vəsait ödənilmişdir.
Onlara  təyin  olunmuş  aylıq  pensiyaların  orta  məbləği 181,3 manat  təşkil  etmişdir.  Qeyd olunan dövr ərzində pensiyaların və müavinətlərin ödənilməsinə 3024,5 min manat vəsait xərclənmişdir ki, bunun da 2605,0 min manatı mərkəzləşmiş qaydada Fond tərəfindən ödənilmiş, 419,5 min manatı isə yerli yığım hesabına maliyyələşdirilmişdir.
2018-cı ilin I rübü  ərzində Nazirlik yanında Fondun Oğuz rayon şöbəsi üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz 1,8 milyon manat müəyyənləşdirilmişdir ki, bunun da 1,7 milyon manatı büdcə təşkilatlarının, 124,0 min manatı isə qeyri-büdcə təşkilatlarının payına düşür.
          2018-ci ilin I rübündə  782  nəfər Mərkəzə müraciət etmiş, onlardan  682 nəfəri  işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Təqdim olunan həmin yerlərə Mərkəzdə qeydiyyatda olan 150 nəfər işaxtaran vətəndaş Mənzil istismarı və kommunal təsərrüfatı idarəsinə və 25 nəfər isə “Oğuz-tikinti “ MMC-yə göndərilməklə işlə təmin edilmişlər.
Oğuz TKQ I rübdə ərazində ümumilikdə 151,0 min manatlıq ümumi rabitə xidməti göstərilmişdir. Bu da əvvəlki ilin I rübü ilə müqayisədə 10.2 min manat çoxdur.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri poçt rabitəsidir. Hesabat ilində Оьуз Почт Филиалы табелийиндя олан 1 müştəri xidmətlər bölməsi və 16 kənd poçt şöbəsi fəaliyyət göstərib. Филиал артыг ящалийя 25-35 нювдя яняняви вя гейри-яняняви почт хидмятляри иля йанашы банк хидмятляри дя эюстярир. Əhaliyə 40,5 min manatlıq xidmət göstərilib, bu da ötən ilin müvafiq dövründən 5,4 min manat çoxdur.
       2018–ci ilin birinci rübündə rayona 16,79 mln Kv/saat Elektrik enerjisi verilib. Ondan 15,7 mln Kv/saat faydalı sərfiyyat olub. Əhaliyə 3,4 mln Kv/saat—241,0 min manat dəyərində Elektrik enerjisi satılıb. Ödəniş 262,7 min manat—108,0% olub.
2018–ci ilin birinci rübündə rayona  4,75 mln kub metr təbii qaz  verilib. Əhaliyə 3,97 mln kub metr – 404,9 min manat dəyərində təbii qaz satılıb. Ödəniş 404.9 min manat— 100,0% olub. Ümumi sahə üzrə plan 93,9% icra olunub. 
2018–ci ilin birinci rübündə rayona  0,32 mln kub metr içməli su verilib. Əhaliyə 0,18 mln kub metr – 52,63 min manat dəyərində içməli su satılıb. Ödəniş 44,57 min manat—84,7 % olub. Astraxanovkaya su xəttinin çəkilməsinə başlanılıb.
Rayonun cəmi 73,5-% qazlaşdırılıb. Rayonun 9 yaşayış məntəqəsinin də qazlaşdırılması ilə bağlı aidiyyəti təşkilatlara müraciətlər olunub. Rayonun 12 kənddə içməli su problemi var. Məsələnin həlli ilə bağlı Azərsu ASC-yə müraciət olunub.
Oğuz  “ 61  saylı  Yol  İstismarı ”  MMC  Oğuz  rayonunun  ərazisindən  keçən  71  km  uzunluğunda  Respublika  əhəmiyyətli  avtomobil  yollarına , 152  km  uzunluğunda  yerli  əhəmiyyətli  avtomobil  yollarına, uzunluğu 1020 m  olan  17 ədəd körpülərə, həmçinin su ötürücü  borulara, yol  nişanları və qurğularına  xidmət edir.
Ötən müddət ərzində xidmət ərazisində çala təmiri, çatların  bitumlanması  işləri, çiyinlərdə hamarlama işləri aparılmış, yolda piyada keçidlərində pozulmuş zebralar, körpü keçidlərində məhəccərlər rəngli boya ilə rənglənmiş, sıradan çıxmış yol nişanları  dəyişdirilmiş, 900 ədəd beton siqnal dirəkləri müəssisəmizin öz gücü ilə  betondan tökülərək, müvafiq yerlərə basdırılmışdır. Körpü keçidləri, avtobus dayanacaqları daim tozdan-palçıqdan təmizlənmişdir.
    2018-ci ilin I rübü ərzində Oğuz Mənzil İstismar və Kommunal  Təsərrüfatı idarəsi tərəfindən 25 idarə və təşkilatlarla,  200  sahibkarlıq və kommersiya obyektləri , 1090  fərdi təsərrüfat , ictimai yaşayış massivləri üzrə 350 olmaqla, cəmi 1640 sayda müqavilə bağlanmışdır.Bağlanmış müqavilələrə əsasən yığıma 94 % əməl olunub..
Müəssisə 32 binaya xidmət  göstərir, ümumi sahəsi 39033 m2-dır.
Bu sahədə I rüb  ərzində  şəhər abadlığı üçün şəhərin parklarına, qoşa yol ərazisində otel yolunun sağ və sol kənarlarında yerləşən  yaşıllıq sahələrində  3000 ədəd ağac tingi və 2000 ədəd gül kolu əkilmişdir.
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 25 ha sahədə meşə əkini aparılıb, 30 ha əkin üçün torpaq hazırlığı görülüb, 0,5 ha tinglik üzrə əkin aparılıb. 
   Meşələrin qanunsuz qırılmasının qarşısını almaq məqsədilə 93 fakt qeydə alınaraq, akt tərtib olunub. Cari ilin birinci rübündə işlərində ciddi nöqsanlara yol verdiklərinə görə 6 nəfər işçi  haqqında intizam (töhmət və şiddətli töhmət) tədbirləri görülmüşdür.

5. Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələri:

Ölkə Başçısı cənab İlham Əliyevin Sərəncamı ilə rayonun Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində modul tipli yeni təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulmuşdur.
Təhsil müəssisələrində texniki təlim vasitələrindən istifadəni yaxşılaşdırmaq   məqsədilə bu günlərdə respublika Təhsil Nazirliyinin xətti ilə rayonun 8 ümumtəhsil məktəbinə daha 74 kompyuter verilmişdir.
Təlimdə və təhsildə fərqlənən 40 nəfər məktəbli 2018-ci ilin Novruz bayramı günlərində “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiya çərçivəsində Gəncə, Şəmkir və Göygöl bölgəsini  səyahət etmişlər.
     Rayon tibb müəssisələrində  68-həkim, 250-orta tibb işçisi və 230-a  yaxın sair işçilər fəaliyyət göstərirlər. Rayon üzrə stasionar çarpayıların sayı 106 çarpayı təşkil edir. Bunlardan 91-i şəhər, 15-i isə Xaşmaz kənd sahə xəstəxanasının payına düşür. Bundan əlavə kəndlərdə 8 kənd həkim məntəqəsi, 19 tibb məntəqəsi fəaliyyət göstərir.
          2018-cı il ilin I rübü ərzində 32 yeni şəkər xəstəsi qeydiyyata alınmışdır. Dispanser müşahidədə olan 873  şəkərli diabet xəstəsi  dərmanla təmin olunurlar. 
Hemofiliya və Talassemiyalı xəstələrə Dövlət proqramına uyğun olaraq  dərman preparatları verilir. Rayon üzrə 32 Talassemiyalı xəstə qeydiyyatdadır.
       Onkoloji xəstələrin həyati vacib preparatlarla təmin edilmişdir. Ümumi olaraq  2018-cı il ilin I rübü  ərzində 14 yeni onkoloji xəstə aşkar edilməklə, cəmi olaraq  166 xəstə qeydiyyatdadır.
Fevral ayının 12–dən Respublikanın bütün tibb müəssisələrində olduğu kimi, Oğuz RMX da 17 yaşdan yuxarı əhalinin dispanserizasi yasına başlanılmışdır. Müayinə aylığı ərzində 31582 nəfər rayon əhalisinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Fevral ayının 12-dən Mart ayının 31 –nə  kimi ümumilikdə 16461 nəfər müayinədən keçmişdir. Müayinələr zamanı 543 nəfərdə xəstəlik aşkarlanaraq ambulator müalicəyə, 115 nəfər  stasionar müalicəyə cəlb olunmuşdur. 50 nəfər müayinə və müalicə məqsədi ilə Bakı şəhərinə göndərilmişdir               
        Rayonumuz turizm bölgəsidir. Turizmin inkişafı sahəsində Oğuz rayonunda da mühüm işlər görülür. Bu sahədə sürətli inkişaf gedir və Oğuz şəhərində aparılan geniş quruculuq, abadlıq, yaşıllaşma işləri və prespektiv planda nəzərdə tutulan tədbirlərin reallaşması rayonumuza gələn turistlərin sayının artırılmasına çox böyük təsir göstərəcəkdir.
      Rayonumuzda   hazırda  20    turizm   və   ailəvi   istirahət   mərkəzləri   fəaliyyət    göstərir.   Hər   il   yüzlərlə    turist    və   qonaq  bu  mərkəzlərdə  istirahət  edirlər.
      Hesabat dövrü ərzində Oğuz rayon Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi yaradılmış, dərnək lazimi avadanlıqlarla təchiz edilmişdir.
       Oğuz rayon Gənclər və Idman İdarəsi il ərzində uşaq, yeniyetmə və gənclərin ideya-siyasi, vətənpərvərlik, hüquqi, mənəvi, dini, estetik tərbiyyəsi və təhsili, sosial müdafiəsi, fiziki inkişafı məsələlərini əhatə edən ümumi və ayrı-ayrı sahələr üzrə konkret iş planları hazırlayaraq bu planlar əsasında fəaliyyət göstərmişdir.
 

6. İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət:

Bu il aprel ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin seçkiləri keçirilmişdir. Bu sahədə görülmüş işlərlə bağlı bildirim ki, ötən dövr ərzində seçki məntəqələri tam hazır vəziyyətə gətirilib, mart ayının 19-dan təbliğat-təşviqat kompaniyasına başlanılıb. Kompaniya dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 15 ildə respublikada, eləcə də oğuz rayonunda gördüyü işlər, sosial-iqtisadi inkişaf sahəsində əldə edilən nailiyyətləri və həyata keçirilən geniş miqyaslı tədbirləri əhaliyə çatdırılıb. 11 apreldə respublikanın bütün bölgələrində olduğu kimi, Oğuzlularda dövlətə, dövlətçiliyə, Heydər Əliyev ideyalarına sadiq olduqlarını bir daha sübut etdilər. Onlar mütəşəkkilliklə seçki məntəqələrinə gələrək, öz gələcəklərinə, dövlətimizin inkişafına, müstəqilliyinin qorunmasına, əhalinin rifah halının yaxşılaşmasına, YAP-nın namizədi, cənab İlham Əliyevə səs verdilər.  
Rayonun yeganə informasiya vasitəsi olan “Oğuz Yurdu” qəzeti çap olunaraq oxucu ünvanına çatdırılır. Qəzet ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fərman və Sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlət siyasətinin həyata keçirilməsi, rayonun inkişaf etdirilməsi və digər mühüm məsələrlə bağlı tədbirlərin ardıcıl şəkildə işiqlandırılması daim diqqət mərkəzində saxlamışdır.

7. Bələdiyyə orqanları ilə  aparılan iş:

Hesabat ilində rayonun 15 bələdiyyəsi şəhər və kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə qarşılıqlı səmərəli fəaliyyətin qurulmasına nail olmuşdur.
Azərbaycan Kənd İnvestisiya layihəsi Çərçivəsində Bayan kəndinin qəbiristanlığının ətraf hissəsi hasara alınmış, yeni su xətti çəkilmiş, abadlıq işləri aparılmışdır. Kənd daxili 10 km uzunluğunda olan yol yenidən təmiir olunmuş, 7-ədəd su keçidi, 2-ədəd dayanacaq quraşdırılmışdır.
Bayan kəndində sahibkar tərəfindən tütünqurutma sexinin tikintisinə başlanılmışdır.
Qumlaq Bələdiyyəsi tərəfindən Şirvanlı kənd uşaq bağçasında təmir işləri aparılmışdır.
Padar kənd Bələdiyyəsi tərəfindən kəndin mərkəzi küçəsində 60 m uzunluğunda mişar daşından hasar çəkilmiş, abadlıq işləri aparılmışdır.
Astraxanovka və Vladimirovka kəndlərində 25 km, Qarabulaq kəndində 5-km kənd daxili yola qum-çınqıl tökülərək təmir işləri aparılmışdır. 21-nəfər imkansız və şəhid ailələrinə maddi yardımlar edilmişdir.
Oğuz-Bayan, Oğuz-Şəki, Calut yolunun kənarlarında, Oğuz şəhərinin müxtəlif yerlərində dekorativ ağaclar və gül kolları əkilmiş, qulluq göstərilmişdir.

        Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili:
Oğuz Rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan ərizə, təklif və şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun tələblərinə və  AR Prezidentini Administrasiyasından daxil olan tövsiyələrə uyğun olaraq baxılır. 2018-ci ilin birinci rübündə Oğuz RİH-nə 121 müraciət daxil olmuşdur. Onlardan 109-u ərizə, 1-i təklif və 11-i şikayət olmuşdur. 
Daxil olan müraciətlərin  44-ü AR Prezidentinin Administrasiyasından, 2-si  Milli Məclisindən, 5-i  Nazirlər Kabinetindən, 7-i respublikanın mərkəzi təşkilatlarından, 63-ü vətəndaşlardan olmuşdur.
Daxil olan müraciətlər ötən ilin müvafiq dövrünə nisbətən 44 ədəd az olmuşdur. O cümlədən, 1 ədəd AR Prezidentinin Administrasiyasından,  3 ədəd respublikanın mərkəzi təşkilatlarından 41 ədəd vətəndaşlardan daxil olan müraciətlər azalmış, 1 ədəd Nazirlər Kabinetindın daxil olan müraciətlər artmışdır.
Daxil olan müraciətlərin 18-nə nəzarət qaydasında baxılıb. Müraciətləri     29-u müsbət həll olunub, 2-i qismən həll olunub, 68-nə müvafiq izahat verilib, 2-i əsassız sayılıb, 4-nün icrası müvafiq dövlət proqramlarında nəzərdə tutulub,   12-i aidiyyəti üzrə göndərilib.
AR Prezidentinin Administrasiyasından nəzərət qaydası ilə 1 müraciət daxil olub. Müraciət müsbət həll olunub.
2018-ci ilin 3 ayında daxil olan müraciətlərdən Kənd Təsərrüfatı ilə bağlı(8,3%), Əhalinin sosial müdafiəsi ilə bağlı(8,3%), Mənzil təminat ilə bağlı(14,9%), Tikintiyə icazə ilə bağlı (11,6%), işlə təmin olunma ilə bağlı(5,8%), Elektrik, azq və su təminatı ilə bağlı(9,9%) müraciətlər çoxluq təşkil etmişdir. 
2018-ci ilin birinci rübündə 20 kollektiv, 2 təkrar müraciət olmuşdur. Kollektiv ərizələrin sayı ötən illə müqayisədə 10 ədəd artmış, təkrar ərizələri sayı isə 2 ədəd azalmışdır.
“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanının icrası ilə əlaqədəar Oğuz RİH başçısı Aparatına daxil olan bütün müraciətlər sistemə işlənilir.
İƏD üzrə nümayəndəliklərdən daxil olan müraciətər aşağıdakı kimi olmuşdur: Oğuz-33, Bayan-3, Calut-7, Qumlaq-3, Xalxal-5, Baş Daşağıl-3,  Bucaq-2, Kərimli-9, Yaqubl-10, Böyük Söyüdlü-10, Padar-5, Sincan-8, Xaçmaz-9, Filfilli-1, digər-13 müraciət.
Aşağıda adları göstərilən İƏD üzrə nümayəndəliklərdə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə Xalxal- 2 ədəd, Baş Daşağıl-1 ədəd,  Yaqublu-1 ədəd, Sincan 3 ədəd, Digər yerlərdən- 4 ədəd artib.
2018-ci ilin birinci rübündə Oğuz RİH başçısının 23 qəbulu keçirilmiş, vətəndaşlar tərəfindən 113 müraciət olmuşdur. Qəbullarda qaldırılan məsələlərin 60-ı (53,5 %)  müsbət həll olunub, 21-i (18,2%) qismən həll olunub, 28-i (24,9%) ilə bağlı müvafiq izahat verilib, 4-nün (3,4%) həllinin Oğuz RİH-nin səlahiyyətlərinə aid olmadığı barədə vətəndaşa cavab verilib.
O cümlədən RİHB-nın 11 səyyar qəbulu olmuş, 46 müraciət olmuşdur. Həmin müraciətlərin 5-i prioritet təşkil edir. Qəbullarda 1160 nəfər iştirak edib.
Keçirilən səyyar qəbul görüşlərdə insanları narahat edən bir çox problemlər operativ olaraq həll edilmişdir. Vətəndaşlar tərəfindən irəli sürülən 40 müraciətin 87%-nin icrası təmin edilmiş, 13% nəzarətə götürülmüş, icrası davam etdirilir. Digərləri isə aidiyyəti üzrə qanunauyğun olaraq baxılması barədə vətəndaşlara dürüst, əsaslandırılmış cavablar verilmişdir.

Hörmətli iclas iştirakçıları!

         Oğuz Rayon İcra Hakimiyyəti səlahiyyətləri daxilində 2018-ci ilin birinci rübündə   görülmüş işlər, həyata keçirilən tədbirlər, yol verilmiş nöqsanlar və qarşıya çıxan problemlər haqqında hesabat verdim. 2018-ci ildə görəcəyimiz işlərdə Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar bizim üçün prioritet olmalıdır.
--Sahibkarlığın inkişafına dəstək verilməlidir. Azad sahibkarlığın, azad rəqabətin inkişafı şərait yaratmaq. İş adamlarına kreditlərin verilməsi üçün müvafiq köməklik göstərilməli, onların hüquqları qorunmalıdır.
-- rayonun sosial-iqtisadi inkişafı templəri müəyyən edilməli, yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Rayonda sənaye zonası  yaradılmalıdır.
-- rayonda kifayət qədər uzun müddət istifadəsiz qalan torpaq sahələri var. Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlarla əlaqə saxlanılmalıdır.  Bu məqsədlə həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir.
-- Ərzaq təhlükəsizliyi proqramının icrası ilə bağlı kənd təsərrüfatında məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikaları daha da böyük həcmdə alınmalı və onlarda səmərəli istifadə olunmalıdır. İri Fermer təsərrüfatlarının yaradılmasına nail olmaq.
-- Tütünçülük,üzümçülük, fındıqçılıq və baramaçılıq  sektorunun inkişafına nail olunmalıdır. Bu sahədə məhsul istehsalını artırılmasına nail olmaq. Rayonda bu sahələrin inkişafı ilə bağlı konkret təkliflər hazırlanmalıdır.
-- Turizmin inkişafı ilə bağlı konkret təkliflər hazırlanmalı, aidiyyəti nazirliklərə təqdim olunmalıdır.
-- 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə bağlı rayonda təsdiq olunmuş “Tədbirlər Planı” na uyğun işlər həyata keçirilsin.  min edirik ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan  geniş quruculuq işləri 2018-ci ildə də davam etdiriləcəkdir.

      İcazə verin Ümummilli lider H. Əliyevin iqtisadi və siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, Azərbaycanın əksər dünya dövlətləri tərəfindən etiraf olunan böyük nailiyyətlərə imza atmasını təmin edən, ölkəmizi, xalqımızı xoşbəxtliyə, firavan gələcəyə aparan, 18 aprel 2018-ci il tarixdə andiçmə mərasimi keçirilmiş cənab İlham Əliyevə oğuzlular adından təbrik edim. Biz çox sevinir ki, növbəti 7 ildə də cənab Prezidentin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağıq. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ə

Keçidlər