14 iyun 2021-ci il tarixdə Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə videokonfrans keçirilib.
27 may 2021-ci il tarixdə Oğuz rayon İcra hakimiyyətinin təşkilatçılığı, rayonda fəaliyyət göstərən İdarə, müəssisə və təşkilt rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə videokonfrans formatında tədbi keçirilib
Fövqəladə Hallar Nazirliyi havaların isinməsi ilə əlaqədar yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsi haqda əhaliyə müraciət edib.
10 may 2021-ci il tarixdə Oğuz rayon icra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimayyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, gül dəstələri düzərək böyük hörmət və ehtiramlarını bildirmişlər.
Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Böyük Vətən müharibəsi abidəsinin yerləşdiyi "Qəhrəmanlar " parkında xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə tədbir təşkil olunub. Tədbir iştirakçıları tərəfindən abidənin önünə çiçəklər qoyulmuş, müharibə iştirakçılarının xatirəsi ehtiramla yad edilmişdir.
9 may 2021-ci il tarixdə Oğuz rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib
Konfransı Oğuz rayon İcra Hakimiyətinin başçısı cənab Eyvaz Qurbanov açaraq, Ümummilli Liderin bu günki Azərbaycan dövlətinin mövcudluğu və inkişafı sahəsində əvəzolunmaz xidmətləri haqqında danışıb. Sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Maharramov Heydər Əliyevin milli tarixi yaddaşımızdakı yerindən, siyasi fəaliyyətindən danışıb. Daha sonra isə, müvafiq olaraq, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və Oğuz rayon Heydər Əliyev Mərkəzinin müdiri Mehriban Abbasova "Heydər Əliyev - Azərbaycan gəncliyinin qarantı", "Dünyanın ən böyük Azərbaycanlısı- Heydər Əliyev" mövzularında çıxış ediblər. Qeyd edək ki, dünya miqyaslı siyasətçi, əbədiyaşar lider, dövlət xadimi Heydər Əliyevin 98-ci il dönümü ilə əlaqədar Oğuz rayonunda pandemiya qaydaları da qorunmaq şərtilə, bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yeniyetmələr arasında şahmat turniri, ağacəkmə aksiyası, voleybol yarışı, inşa müsabiqəsi keçirilmişdir.
Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları
14 aprel 2021-ci il tarixdə Oğuz Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.
Xaricdən gəlmiş təcrübəli həkim heyəti tərəfindən Şəhid ailələri və qazilərimizə psixoloji həkim dəstəyi həyata keçirilir. Ünvan Qəbələ şəhəri, City hotel. Müraciət etmək istəyən şəxslər 112 qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
Oğuz rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri üzrə vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanılıb.
26 fevral 2021-ci il tarixdə Oğuz İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” mövzusunda onlayn tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanovun sərəncamı ilə İsgəndərov Vasif Teyfuk oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsin müdiri vəzifəsinə təyin edilmişdir. İsgəndərov Vasif Teyfuk oğlu 24 sentrabr 1990-cı ildə Oğuz şəhərində anadan olub, 2012-ci ildə Mingəçevir Politexnik İnstitunu bitirib, 2012-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfində 3-cü məharət dərəcəsi ilə təltif edilib. Vətən müharibəsi başladıqdan sonra 21 sentyabr 2020-ci ildə yenidən ordu sıralarına çağırılıb. Murov dağı istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar. Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.
21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilimiş görüşdə Prezident İlham Əliyev bildirmişdir ki, Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalır.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərdə iştirak edib.
Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizdə, doğma torpaqlarımızda böyük quruculuq işlərinə start verib.
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
2021-ci il yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
Dövlətin mədəniyyət siyasətində yeni strteji prioritetləri
Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
“PASHA Holding”in təşkilatçılığı və Oğuz rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə “Biz birlikdə güclüyük” devizi altında həyata keçirilən layihənin davamı olaraq Oğuz rayonunda 300 ailəyə dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə bayram sovqatlarının verilməsi həyata keçirilmişdir.