Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Müəllimlərin ənənəvi sentyabr konfransı

06 sentyabr 2017 | 16:00

    06 sentyabr 2017-ci il tarixdə Oğuz şəhərindəki Mədəniyyət Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı öz işinə başlamışdır. Konfrans öncəsi onun iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və onun önünə gül-çiçək dəstələri qoymuşlar.
Konfransın plenar iclasında Oğuz Rayon İcra Hakimiyyəti Başçısı cənab E.Qurbanov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Ə.Quliyev,  rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, 4 №-li Ərazi Maliyyə Hesablaşma Mərkəzinin məsul işçiləri, rayonun inzibati orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatlarının, təhsil müəssisələrinin rəhbərləri, Oğuz Rayon İcra Hakimiyyəti başçısının ərazi inzibati dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, qabaqcıl təhsil işçiləri, təhsil veteranları, yeni işə təyin edilən gənc müəllimlər, bu il yüksək balla ali məktəb tələbəsi adını qazanan məzunlar da daxil olmaqla, cəmi 261 nəfər nümayəndə və qonaq iştirak etmişdir.

Keçidlər