Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

10 may 2017-ci il Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür

10 may 2017 | 16:00

10 may 2017-ci il tarixində Oğuz rayon Mədəniyyət Mərkəzində Ümummilli  liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi- praktik konfrans keçirilmişdir.
     İştirakçılar ilk öncə Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Konfransda çıxış edənlər qeyd etdilər ki, “  May ayının 10-da bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, yüksəlişinə və inkişafına həsr etmiş, ümummilli liderimiz, türk dünyasının böyük oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü ili tamam olur. Azərbaycan Respublikasının vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, xalqımızın bütün dostları bu hadisəni təntənə ilə qeyd edirlər. Heydər Əliyev Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərdən biridir. Xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olunmaq hüququ, doğma xalqın qəlbində əbədi yaşamaq səadəti qazandırmışdır. Heydər Əliyev sözün həqiqi mənasında elə liderlərdəndir ki, o, bir xalqın görkəmli övladı olmaqdan çıxaraq bəşəriyyətin tanıdığı simaya çevrilmişdir. O, özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, ən başlıcası isə dövlətinə və millətinə bağlılığı ilə ümummilli lider səviyyəsinə yüksəlmişdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyev siyasi dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik idarəçiliyi məktəbinə çevrilmişdir”.
    Oğuz rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən  “Heydər Əliyevin həyat və fəaliyyətinə” həsr olunmuş ən yaxşı təqdimat müsabiqəsinin qalibi olmuş, Respublika müsabiqəsində  I yerə layiq görülmüş  Birinci yeri tutanların sırasında Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli tam-orta məktəbin 11-ci sinif şagirdi Quluyeva Sevinc Hikmət qızına., rayonun ümumtəhsil məktəbləri arasında keçirilmiş “Biz sülh istəyirik” devizi altında asfalt üzərində rəsm müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər