Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunun Xaçmazqışlaq kəndində qaz və içməli su xəttiini açılışı

25 yanvar 2017 | 16:00

24 yanvar 2017-ci il tarixdə Oğuz rayonunun 600 nəfərə yaxın əhalisi, 118 abonenti olan Xaçmaqışlaq kəndinə ilk dəfə   mavi yanacaq verilməsinin və Azərbaycan kənd İnvestisiya Layihəsi çərçivəsində çəkilmiş içməli su xəttinin açılış tədbiri keçirilmişdir.. Açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Eyvaz Qurbanov qeyd edib ki,son bir neçə ildə rayonunmuz əksər kəndləri təbbi qazla və içməli su ilə təmin olunmuşdur və proses uğurla davan etdirilir. Eyvaz Qurbanov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı, kənd sakinlərini təbrik etdi, təbii yanacağın və içməli suyun hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.
       Digər çıxış edənlər də kənd sakinlərini təbrik etdi, göstərdiyi qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlını bildirdi. Sonda RİH başçısı Eyvaz Qurbanov rəmzi məşəli alovlandırdı.

Keçidlər