Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Beynəlxalq Müəllim Günü qeyd edildi.

05 oktyabr 2016 | 16:00

05 oktyabr 2016-cı il tarixdə Oğuz Rayon Təhsil Şöbəsində “Beynəlxalq Müəllim Günü”nə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir. Təhsil işçiləri tədbir öncəsi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri, rayon Təhsil Şöbəsinin aparatının məsul əməkdaşları, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov, başçının müavini Yusif Naxçıvanski tədbirdə iştirak etmişlər.
Tədbiri Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov açmışdır. E.V.Kərimov “Oğuz təhsili bu gün-reallıq və perspektivlər” mövzusunda məruzə etmişdir. O, məruzədə qeyd etmişdir ki, hər il 05 oktyabr dünyanın hər yerində “Beynəlxalq Müəllim Günü” kimi təntənəli surətdə qeyd edilir. Tarix boyu bəşər cəmiyyəti öz inkişafında müəllimə borclu olmuşdur. Hamının öyrədəni-müəllimi olmuşdur. Ən şərəfli ömür müəllim ömrü, ən şərəfli peşə müəllim peşəsidir. Müəllim əməyi heç bir dövrdə heç vaxt müasir Azərbaycan Respublikasında olduğu qədər dəyər almamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Həbib Babayev adına Oğuz şəhər 1№-li tam orta məktəbin biologiya müəllimi Hürubət İsayevanın “Əməkdar müəllim” fəxri adına layiq görülməsi tədbir iştirakşıları tərəfindən Oğuz təhsilinə verilən yüksək qiymət kimi dəyərləndirildi.
Hazırda təkcə Oğuz Rayonunda çalışan müəllimlər arasında son on ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 20 nəfər müəllimin əməyi yüksək qimətləndirilib, 6 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuş, 7 nəfər isə “Əməkdar müəllim” adına layiq görülmüşdür. Son beş ildə 4 müəllimimiz və 4 məktəbimiz “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqələrində qalib gələrək dövlət başşısının müvafiq sərəncamları ilə pul mükafatlarına layiq görülmüşlər.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə “Qabaqcıl Təhsil işçisi” döş nişanına layiq görülən Oğuz şəhər 1 №-li tam orta məktəbin biologiya müəllimi Hürubət İsayevanın, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı”na layiq görülmüş Oğuz şəhər 1 №-li tam orta məktəbin fizika müəllimi Xanbala Mənəfovun, Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuş Oğuz şəhər 1№-li tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Nüşabə Hacıyevanın, VI Respublika “Elektron Təhsil müsabiqəsi”nin qalibləri Yaqublu kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Qurbanovanın və Oğuz şəhər 3 №-li tam orta məktəb-liseyin tarix müəllimi Mətanət Kərimovanın adlarını fəxrlə çəkmək olar.
E.Abdullayev adına Oğuz şəhər 2 №-li tam orta məktəbin tarix müəllimi Bədircahan Allahverdiyevaya, Həbib Babayev adına Oğuz şəhər 1 №-li tam orta məktəbin tarix müəllimi Həqiqət Rəsulova tədbirdə çıxış etmişlər.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov  tədbirdə çıxış edərək təhsil işçilərini peşə bayram mnasibətilə təbrik etmiş və onlara uurlar diləmişdir. Cənab E.D. Qurbanov  müəllimlərin fəaliyyətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəlsilməsi,Oğuz təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi,onun İKT vatitələri ilə  təchizatı istiqamətində dövlət tərəfindən atılacaq addımlardan danışdı, müəllim şərəfinin yüksəldilməsi, təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar tövsiyələrini verdi.
Bir qrup təhsil işçisi tədbirdə Fəxri Fərmanla ilə təltif olundu.

Keçidlər