Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

10 may 2016-cı il Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-ci ildönümü günüdür

10 may 2016 | 16:00

10 may 2016-cı il tarixində Oğuz rayon Mədəniyyət Mərkəzində Ümummilli  liderimiz Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr edilmiş elmi- praktik konfrans keçirilmişdir.
     İştirakçılar ilk öncə Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Konfransı giriş sözü ilə açan Oğuz rayon icra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov qeyd etdi ki, “  May ayının 10-da bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, yüksəlişinə və inkişafına həsr etmiş, ümummilli liderimiz, türk dünyasının böyük oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyevin anadan olmasının 93-ci ili tamam olur. Azərbaycan Respublikasının vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, xalqımızın bütün dostları bu hadisəni təntənə ilə qeyd edirlər. Heydər Əliyev Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərdən biridir. Xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olunmaq hüququ, doğma xalqın qəlbində əbədi yaşamaq səadəti qazandırmışdır. Heydər Əliyev sözün həqiqi mənasında elə liderlərdəndir ki, o, bir xalqın görkəmli övladı olmaqdan çıxaraq bəşəriyyətin tanıdığı simaya çevrilmişdir. O, özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, ən başlıcası isə dövlətinə və millətinə bağlılığı ilə ümummilli lider səviyyəsinə yüksəlmişdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyev siyasi dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik idarəçiliyi məktəbinə çevrilmişdir”.
    Ulu öndər Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş  elmi-praktik  konfransı açıq elan edən Eyvaz Qurbanov    ümummilli liderimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.
   Sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov tərəfindən “Heydər Əliyev irsi: Müstəqil dövlətçilik və müasirlik”, Oğuz rayon Təhsil şöbəsinin müdiri Elçin Kərimov tərəfindən “Heydər Əliyev və müasir Azərbaycan təhsili”,  Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov tərəfindən“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi ”    mövzularında məruzələr oxundu.
    Oğuz rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən  “Heydər Əliyevin həyat və fəaliyyətinə” həsr olunmuş ən yaxşı təqdimat müsabiqəsinin qalibi olmuş, Respublika müsabiqəsində  IV yerə layiq görülmüş  Oğuz şəhər 3 saylı tam orta məktəbinin şagiridi Kazımova Nurtac Hafiz  qızına, rayonun ümumtəhsil məktəbləri arasında keçirilmiş “Biz sülh istəyirik” devizi altında asfalt üzərində rəsm müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər