26 fevral 2021-ci il tarixdə Oğuz İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” mövzusunda onlayn tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanovun sərəncamı ilə İsgəndərov Vasif Teyfuk oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsin müdiri vəzifəsinə təyin edilmişdir. İsgəndərov Vasif Teyfuk oğlu 24 sentrabr 1990-cı ildə Oğuz şəhərində anadan olub, 2012-ci ildə Mingəçevir Politexnik İnstitunu bitirib, 2012-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfində 3-cü məharət dərəcəsi ilə təltif edilib. Vətən müharibəsi başladıqdan sonra 21 sentyabr 2020-ci ildə yenidən ordu sıralarına çağırılıb. Murov dağı istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar. Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.
21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilimiş görüşdə Prezident İlham Əliyev bildirmişdir ki, Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalır.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərdə iştirak edib.
Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizdə, doğma torpaqlarımızda böyük quruculuq işlərinə start verib.
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
2021-ci il yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
Dövlətin mədəniyyət siyasətində yeni strteji prioritetləri
Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
“PASHA Holding”in təşkilatçılığı və Oğuz rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə “Biz birlikdə güclüyük” devizi altında həyata keçirilən layihənin davamı olaraq Oğuz rayonunda 300 ailəyə dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə bayram sovqatlarının verilməsi həyata keçirilmişdir.
Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək dəyişiklik və yeni hazırlanması zərurəti yaranmış normativ hüquqi əhalinin sosial rifahına xidmət edir.
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
12 dekabr 2020-ci il tarixdə Oğuz rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov müstəqil Azərbaycanın qurucusu, memarı, dahi şəxsiyyət Heydər Əliyevin Oğuz şəhərində yerləşən abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuşdur.
10 dekbar 2020-ci il tarixdə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib
Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir
Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri