Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib

09 may 2021 | 16:00

Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda ekoloji problemlərin həll edilməsini daim diqqət mərkəzində saxlamış, xüsusilə də yaşıllaşdırmaya böyük önəm vermişdir.

Ulu öndər ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına  təminat yaradan mütərəqqi texnologiyaya malik  yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olununmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşularaq bu sahədə beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirərək ətraf mühitin qorunmasına yönəldilmiş bir sıra Dövlət Proqramları icra olunmuş, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqları yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin ekoloji siyasətinin davamı olaraq  Prezident İlham Əliyevin imzaladığı Fərmanlar, təsdiq etdiyi Dövlət Proqramları ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına, gələcəkdə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan  vəzifələrin müəyyənləşdirilməsinə, bu sahədə davamlı nailiyyətlərin əldə olunmasına hesablanmışdır.

Bu gün də ətraf mühitin mühafizəsi, ölkə vətəndaşlarının təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi, ekoloji problemlərin aradan qaldırılması və yaşıllıqların genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçidlər