Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.
18 may 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov tərəfindən Maluk yaşayış məntəqəsində vətəndaşların qəbulu keçirilmişdir. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Azərbaycan xalqının Ümummilli lideri, Dahi Şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı, Oğuzda ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, icra hakimiyyətinin aparatının əməkdaşları, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Liderin Heydər Əliyev adına parkda yerləşən abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri qoyblar.
“Şahin” hərbi-idman oyunlarında rayonumuzu təmsil edən Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin komandası Gəncə şəhərində keçirilən zona mərhələsində 12 komanda arasında I yeri tutaraq, zona mərhələsinin qalibi kimi finala vəsiqə qazanıb.
20 aprel 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov tərəfindən Böyük Söyüdlü kəndində vətəndaşların qəbulu keçirilmişdir. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişdir.